Sevgi varmı? → Gece Oxusu.......Moller 2 Bolum
Budur mağazadayıq! Şüşə vitrinə əyildik. Kitabların adını üz qabığından oxumağa başladıq. Burda nələr yoxdur?! “Kama Sutra”, “Yubka altında”, “Həyatım və sevgim”, “Oraların dibində…”. Bəs mənim kitabım hardadır? Həmişə yuxarı rəfdə olardı, cismani cəzalardan bəhs edən məzəli kitablarla bir cərgədə.
Maks kitabın üstündəki illüstrasiyalara qapılmışdı. Vitrində mənim kitabımın olub-olmaması, belə görünür, heç vecinə də deyildi.
- Maks, bir dəqiqə gözlə, gəlirəm.
Cəld qapını açdım. Məni gözəl gənc fransız qız qarşıladı. Ümid dolu, sürəkli baxışlarla rəfləri bir-bir nəzərdən keçirirdim.
- Sizdə “Xərçəng tropiki” var?!
Satıcı qız başıyla mənim kitabıma işarə etdi. Bir az rahatlaşdım. Yaxşı satılıb-satılmamasını soruşdum. Görəsən heç özü oxuyubmu? Təəssüflər olsun, Ardı »