Sevgi varmı? → Tenha Xanima Gece Oxusu.Qabriel Qarsie.29Noyabr
Üç gün idi ki, yağış kəsmirdi və onlar evin içinə doluşan dəniz xərçənglərini çölə atmağa güclə macal tapırdılar. Əvvəl birlikdə xərçəngləri çomaqla vurub keyidir, sonra da Pelayo su basmış həyətdən sürüyüb dənizə atırdı.
Ötən gecə körpənin qızdırması da qalxmışdı. Yəqin ki, bunun səbəbi hədsiz rütubət və həyəti bürümüş üfunət idi. Çərşənbə axşamından bəri sanki bütün dünya sıxıntıya qərq olmuşdu. Səma ilə dəniz bir-birinə qarışıb kül rəngli boz bir kütləyə çevrilmiş, mart ayında qum dənələri parıldayan çimərlik isə palçıq və çürümüş molyuskalardan əmələ gələn horraya dönmüşdü, hətta günorta belə işıq o qədər tutqun idi ki, Pelayo pstionun o biri başında tərpəşən və Ardı »