İqtisadiyyat ve dunya iqtisadiyyatcilari → Toçka (taktiki raket kompleksi)
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO adlandırılması:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79-1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.
Kompleksə daxildir:
9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər;
Atıçı qurğu 9P129 (9PП129М-1);
Nəqledici-yükləyici maşın 9Т218;
Nəqledici maşın 9Т238;
Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819-1;
Texniki xidmət maşını 9V844;
Arsenal qurğusu komlekti 9F370-1.
Kolomna KBM-də dörd növ raket hazırlanmışdır:
Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79
Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir.
9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Ardı »