Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariBasma üsulu

Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir.

Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariPənahabad

Pənahabad—Qarabağ xanlığında zərb olunan sikkə.
[redaktə]
Tarixi

Pənahabad

XVIII yüzildə Qarabağ xanlığının paytaxtı Şuşa şəhərində Pənahabad adında gümüş sikkə zərb olunurdu. Onun bir tərəfində "la-ilahə-illəllah, Məhəmmədən Rəsulillah və Əliyyən Vəliyullah", digər tərəfində isə "Pənahabad zərbi" sözləri zərb olunmuşdu. Onun çəkisi bir misqal idi. Əvvəllər onun dəyəri dörd şahiyə bərabər bir abbası, sonralar isə on şahiyə bərabər oldu. Tədqiqatçılar tərəfindən "Pənabad" kimi tələffüz olunan "Pənahabad" Müzəffərəddin şah səltənətinin sonuna kimi Iranda rəvac tapmışdı. Ondan sonra da on şahılıq sikkələrə Cənubi Azərbaycanda "Pənabad" deyirdilər. Tarixi lüğət kitabında Pənahabad sikkəsinin dəyəri və ölçüsü haqqında belə yazılır: "Pənahabadi"nin qısaldılmış adı olan "Pənabadi" sikkə adıdır ki, Cavanşir elinin Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariWhirlpool

Whirlpool — ABŞ-da şirkət, ticarət markası

Whirlpool 1911-ci ildə ABŞ-da yaradılıb. Hal-hazırda bu brend dünyanın 170-dən çox ölkəsində təmsil olunmaqdadır. Whirlpool-un istehsal sahələrində 70 000-dən çox işçi çalışır. Bunlardan ancaq 3000-i yeniliklər və effektiv texnologiyaları yaradan mühəndislərdir. Bu o deməkdir ki, sizin əldə etdiyiniz hər Whirlpool məhsulu üzərində məhz 3000 mühəndis çalışıb. Şirkətin sadəcə 2009-cu ildə satış həcmi 19 milyard dolları aşıb. İnnovativ texnologiyalarla zamanın nəbzini tuta bilən marka artıq öz sektorunun № 1-dir. Bütün dünyada bəyaz məişət əşyaları və texnikası, habelə quraşdırılma mətbəx avadanlıqları axtarışları zamanı müştərilərin ən çox üstünlük verdiyi marka məhz Whirlpool-dur. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariGünəş enerjisi

Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası.

Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.

Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.Mündəricat [gizlə]
1 Texnologiyası
2 Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariMolotov kokteyli

Molotov kokteyli — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butılka.

Bu partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur.

Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Fin müharibəsinə başlayan SSRİ paytaxt Helsinkini havadan bombalaması, SSRİ-nin beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariTəşkilati struktur

Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv - yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü - funksional ənənəvi joğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı - xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariİnvestisiya

İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariPayPal

PayPal — internet üzərindən çalışan online ödəmə sistemidir

Paypal ticarət loqosu

PayPal, İnternet üzərindən çalışan online bir ödəmə sistemi. Kredit kartı istifadə edərək və ya Kredit Kartı İstifadə etməyərək, internet üzərindən etibarlı alver edilməsini ya da istənilən adama yalnız bir e-poçt ünvanı vasitəsilə pul göndərilməsini təmin edir.

Paypal Belçika, Almaniya, Avstriya, Fransa, İsveçrə, İngiltərə, Amerika Birləşmiş Dövlətləri və Türkiyədə yerli veb saytları istifadəyə verərək, bu ölkələrdə problemsiz çalışır.

Paypal ilə ABŞ dolları və Yen kimi birdən çox pul vahidini istifadə edərək ödəniş edilə bilər. Bu pul vahidləri arasındakı dəyişmələri Paypal öz valyuta kurslar ilə avtomatik olaraq edər. Paypalın Valyuta kurslarını paypal saytından öyrənilə Ardı »