Bəstəkarlar Və Müğənnilər → Fikrət Əmirov
Fikrət Əmirov (22 noyabr, 1922-ci il, Gəncə- 20 fevral, 1984-cü il, Bakı) – görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti (1965), SSRİ Dövlət Mükafatı laureatı (1949, 1980).
Həyatı
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniylarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-59) vəzifələrində çalışıb.
Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin Ardı »