Bəstəkarlar Və Müğənnilər → Bilal Əliyev
Həyatı
Bilal Şahşirin oğlu Əliyev 1959-cu ildə anadan olub.
Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun "Xanəndə" fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir. O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri" və "Azərbaycan Musiqisi Gecələri"ndə çıxış etmiş, Azərbaycan musiqi mədəniyyətini təmsil etmişdir. Bundan Ardı »