Bəstəkarlar Və Müğənnilər → Əşrəf Abbasov
[color=#fe8c8c]Abbasov Əşrəf Cəlal oğlu (d.23 mart, 1920 - ö.1992) - Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi (1963), Azərbaycanın xalq artisti, professor (1968).
[redaktə]
Həyatı
Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi doğma şəhərində tamamlamışdı. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdu.
Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin, Ardı »