Bəstəkarlar Və Müğənnilər → Səbinə Babayeva
Səbinə Babayeva — Azərbaycan müğənnisi, Azərbaycanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi.
Həyatı
[redaktə]
İlk illəri
Səbinə Eldar qızı Babayeva 1979-cu ildə 2 dekabr tarixində Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasının tərkibində Asəf Zeynallı adına Musiqi Kollecinə vokal sinifinə daxil olur. Burada o xalq artisti Natəvan Şeyxovadan dərs alır. Kolleci bitirdikdən sonra Səbinə Babayeva bir çox musiqi konkurslarında Azərbaycanı uğurla təmsil edir. 2003-cü ildə isə o "Bəyaz həyat" serialının saundtreki olan "Röya kimi" mahnısını ifa edir və geniş tamaşaçı kütləsinə tanınır. Daha sonrakı illərdə Səbinə caz janrında mahnılar ifa edir və "Bakı Jazz Mərkəzi"ndə çalışmağa başlayır. Ardı »