Bəstəkarlar Və Müğənnilər → Fərqanə Qasımova
[color=#f82e00]Fərqanə Qasımova – Azərbaycan xanəndəsi.
[redaktə]
Həyatı
Qasımova Fərqanə Alim qızı 23 aprel 1979-cu ildə anadan olmuşdur.
Fərqanə Qasımova 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır.
2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir.
1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib.
2002-ci ildə Belçikada Ardı »