Bəstəkarlar Və Müğənnilər → Müslüm Maqomayev (bəstəkar)
Müslüm Maqomayev (18 sentyabr 1885 - 28 iyul 1937) — bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai xadim. Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycanın əməkdar incəsənət xadimi (1936).
Həyatı
Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək yaşamını davam etdirmışdir. Ailənin böyük oğlu olan Abdulmüslüm 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. "Şah İsmayıl" (1916) və "Nərgiz" (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr Ardı »