Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Arazİnnen Bele O Gözlere Baxmaram

Bu gün senin her gözünde bir gülüş ,
Biri çılğın , biri tutqun , bürkülü ...
Baxışlara yad baxışlar bükülü ,
İnnen bele o gözlere baxmaram .

Qeza geldi , esa geldi deyirler ,
ehdini de düyçeleyeer iy eller ,
Bir çalada donan suya eyillem ,
İnnen bele o gözlere baxmaram .

İki görüş bir baxışda görüşdü ,
İki ilme bir yanlışda görüşdü ,
Doğru sözüm aldanışla görüşdü ,
İnnen bele o gözlere baxmaram .

Haray , durnam , qatarımı itirdim !
Havar çekdim , havarımı itirdim ,
Dalğasında avarımı itirdim ,
İnnen bele o gözlere baxmaram .

İsmi dönuk , Ardı »

Məmməd ArazEle Bilirsenki...

Senin aleminde en yaxshiyam men,
Belke de yaxshilar naxishiyam men ;
Sozumde kelamlar qaymagi vardir,
Sinemde sexavet bulagi vardir,
Dilim dadmayibdir aciliq ,sertlik,
Qelbim de tanimir,pislik namerdlik.
O qeder yumshagam ,o qeder helim,
Ilan yuvasina uzansa elim-
Ilanlar el ceker ilanligindan.
El etsem, ulduzlar dumanligindan
Kehkeshan ayrilib yaxina geler,
Ceyranlar qapima sagina geler….
Gozunde gor nece uca durmusham,
Hec ozum ozumu tanimirmisham!
Belke de beleyem, belke, ne bilim;
Sen meni sehnede gorursen, gulum!
Metbex tustusunde, sufre qarinda,
Bir nimdash, utusuz ev paltarinda,
Ushaq qaygisinda, ev darliginda,
Bazarliq ,su dartmaq evdarliginda,
Kishi sertliyinin eseb atinda
Meni gormemisen;
Bunu bil ki, sen,
Perdeli gorushler caginda ele
Qadinlar melekdir, kishiler pile..... Ardı »

Məmməd ArazAzərbaycan, Səninləyəm!

Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan, yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən, hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!
Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm
Yıxın məni söz atından, -
Atın məni tank altına,
Əzin məni xıncım Ardı »

Məmməd ArazNecə Yaşayaq Ki...

Necə yaşayaq ki, dünyada, gülüm,
Ömrün gədiyini vaxtsız aşmayaq,
Fəraş ölümlərlə qarşılaşmayaq.
Həsrət körpüləri adlaya bilək,
Həsəd körpüləri adlaya bilək?
Necə yaşayaq ki, dünyada, gülüm,
Kimsədən olmasın umacağımız,
Bizim öz evimiz, öz ocağımız
Perikən bir eşqi ovuda bilsin,
Yanan bir qəzəbi soyuda bilsin?
Necə yaşayaq ki, dünyada, gülüm,
Xəyanət toruna düşsə meylimiz,
Qırsın parçalasın onu mehrimiz!
Necə yaşayaq ki, dünyada, bütün
Nakam sevgilərin uçan evini
Biz öz eşqimizlə qurub yaşayaq?
Gücümüz çatarmı?
-Çatar!-
Bu şərtlə ki, biz iki ömrün
"Sən"indən, "mən"indən "onlar" adlanan
Sərhəd xətlərini qırıb yaşayaq! Ardı »

Məmməd ArazSəndən Mənə Bir ömürlük Xatirə

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?

Çətin bir də: daş üstə daş bitirəm,

Niyə uçdu bu qalaçiq, nə bilim...

Damağımda bal sevdanın turş adı...

Uşaq ağlım inadım qurşadı.

Nə hönkürdü bu naqafil gurşadı?

Kimə dedim, - dedi, - ancaq: "nə bilim!"

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, nə bilim... Ardı »

Məmməd ArazQızlar!

Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlınızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın, Qızlar! Ardı »

Məmməd ArazBu Axsam

Ey ilham perisi, varsansa eger,
Bu axşam üstüme qanadını ger!
Qanım bir heraret alsın qanından
Çıxım bu fikir burulğanından.
İsinsin azacıq bu daş duyğular
Olmayım bir evde beşinci divar
Bu axşam o qeder tenhayam, tekem,
Bu axşam, ele bil ,yarılıb sinem
Çapılıb, talanıb mehebbet orda,
Qalmayıb bir tike merhemet orda
Bu axşam sahibi ölen bir tacam,
Kimse istemeyen bir ehtiyacam
Bu axşam fikrimle o qeder acam,
Lap bütün geceni yesem, doymaram
Bu axşam qelbimden gelib keçeni
Bütün ulduzlara desem, doymaram
Bu axşam...özümde yoxam bu axşam...
Bu axşam özümde defn olunmuşam
Bu axşam od yoxdu mehebbetimde,
Bir ünvan, ad yoxdu mehebbetimde
Bir Ardı »

Məmməd ArazBir Sənin Eşqinlə...

Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi...
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl! Ardı »