Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl MüşviqSenin Guluwlerin

Qarwimda nazlanib yene gulursen,
Bilsen guluwlerin neye benzeyir?
Men desem artiqdir,ozun bilirsen,
Lale yarpaginda wehe benzeyir.
Senin guluwlerin bir ruzgar kimi
Eserken,arzumun gulu acilir.
Gulse dodaqlarin ulduzlar kimi
Ruhuma bir serin iwiq sacilir.
Soyle,gozellerin dodaqlarindan,
Bu oynaq guluwler umulmuwmudur?
Senin her qehqehen ay kenarindan
Kecen buludmudur,ucan quwmudur?
Senin guluwlerin yaz seherinden
Hissime,fikrime sanki reng alir.
Gul ki,weirlerim guluwlerinden
Qirilmaq bilmeyen bir aheng alir.
Sen gulduyun zaman bu wad gunumde
Acilir qarwimda,canlanir bahar,
Bezen baw ucumda,bezen onumde
Wimweklerim caxar,sularim axar.
Cahan ki,solmayan bir bagca-bagdir,
Burda revamidir gulmeden olmek!
Yaziq o wexse ki,qaraqabaqdir,
Ne qeder yarawir insana gulmek! Ardı »

Mikayıl MüşviqSevgiler...

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.



Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.



Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.



Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. Ardı »

Mikayıl MüşviqMikayil Musfiq

Men ki bilmez idim nedir mehebbet,
Bu sirri sen mene anlatmadinmi?
Dunyaya sigmayan sair konlumu
Koksumden cixarib oynatmadinmi?
Men ki negme deyib benovselerden
Pesem zovq almaqdi bir sux dilberden,
Menden uzaq gezib,dolanib herden,
Qelbimi sixmaga can atmadinmi?!
Min hicran konlumu alanda ele,
Zerrece halima yanmadin bele.
Musfiqin qelbini tez alib ele
Onu royalardan oyatmadinmi?! Ardı »

Mikayıl MüşviqÖyrəniş

Həyat nədir? Sual verdim özümə,
Mənasını çiçəklərdən öyrəndim.
Yaşadıqca çarpışmayı, sevməyi
Qəlbimdəki diləklərdən öyrəndim.


Bir yay aldım çıxmaq üçün şikara,
Tuş gəldim bir ahu gözlü nigarə.
Nişan alıb ox atmağı, nə çarə,
Daş ürəkli mələklərdən öyrəndim.


Sular kimi köpüklənib daşmağı,
Ellər kimi uca dağlar aşmağı,
Min bir əməl arxasınca qoşmağı
Dürlü-dürlü ürəklərdən öyrəndim.


Xəbər olsun hər tazəyə, hər gəncə:
İnsan çocuq, həyat ona əyləncə...
Mən gurultu qoparmağı ilk öncə
Alov gözlü şimşəklərdən öyrəndim.


Həyat nədir? Ölüm nədir? Boş sual!
Sevda nədir? Hicran nədir? Bir xəyal!
Mən bunların əsasını, iştə, al:
Həp çəkdiyim əməklərdən öyrəndim. Ardı »

Mikayıl MüşviqKUSMEREM...

Mən şirin ləhcəli bir bülbüləm ki,

Güllərdən küsərəm, səndən küsmərəm!

Məni öz canından artıq istəyən

Ellərdən küsərəm, səndən küsmərəm!



Gözlərin misaldır axan çaylardan,

Kirpiyin oxlardan, qaşın yaylardan.

Qarşımıza gələn uzun aylardan,

İllərdən küsərəm, səndən küsmərəm!



El içində bizə derlər Sayadlı,

Tərlan ovçusuyam, ruhum qanadlı.

İlham pərisinin açdığı dadlı

Dillərdən küsərəm, səndən küsmərəm! Ardı »

Mikayıl Müşviq,Yağış Yağır (

Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına fırıl-fırıl.
Çaxnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax! Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq.
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi xali deyil səksəkidən,
Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Ey gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şux, çaqraq zamanıdır,
Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış,
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın səma köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ ey Ardı »

Mikayıl MüşviqANA

Ana dedim, ureyimde yanar odlar sachildi,
Ana dedim, bir urperish hasil oldu canimda,
Ana dedim, qarshimda bir gozel sehne achildi,
Ana dedim, feqet onu gormez oldum yanimda.

Ana, Ana!.. Bu kelmenin vurgunuyam ezelden,
Onu gozel anlatamaz dushunduyum satirlar.
Ana olmaz bize her bir "yavrum" deyen gozelden,
Chunki onun xilqetinde ayrica bir fusun var.

Bashqa alem yashamadim boyle gozel bichimde,
Onu kimse gozelliyin cilvesinde yaratmish,
Ana, ana... chichekli bir fidandir ki, ichimde,
Ta ezelden kok salaraq, ureyimde boy atmish.

O fidani be'zi vaqit istiyorum chekerek,
Qoparayim ureyimden, feqet onda varligim.
Sizildarken, sanki bir ses qopub ince ve titrek,
Bir lisanla soyluyor ki: - Mene deyme yazigim!

Chunki seni men besledim, men boyutdum, oxshadim,
Soylediyim sozler ki, var beshiyinin ustunde,
Oxudugum Ardı »

Mikayıl MüşviqOxu!!!

Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi.


Gülləri qoxlayan bir ruzgar kimi,
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım,
Ürəyindən qopan səs mən olaydım,
Oxu! Qüvvət gəlsin şe`rə, sənətə,
Könlümün quşunu gətir heyrətə!
Nə qədər bənzəyir, vardım fərqinə,
Ömrümün ahəngi sənin şərqinə.
Ürək kövrəkləşir sən oxuyanda,
Sən də dinləsəydin mən oxuyanda!
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə! Ardı »