Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl MüşviqTELEFON SOHBETI

Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində baq,
Ürəkdən saçılan sözlərin mənə.

Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.

Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!

Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə. Ardı »

Mikayıl MüşviqSenin Gozlerin

Ne gozel suzulur senin gozlerin,
Eceba,onlari suzmek vaxtimi?
Durusun menali,baxisin derin,
Men bu derinlikde buldum baxtimi.
Senin gozlerinmi genclik baginda,
Yoxsa nergizlerin sayrisib oynar?
Yoxsa cixilmayan esqin daginda
Omrumun dirilik cesmesi qaynar?
O qara gozlerin deyil parlayan,
Ulduzlar icinde gecelerimdir!
Belke de ruhuma aydinliq yayan
Bir serin,ziyali yaz seherimdir.
Qoy desin dunyanin el asiqlari
Bu wovqu kim menim ruhuma yaydi,
Donardim,gozunun wen iwiqlari
Qelbimin caninda qirilmasaydi.
Qara qiw ustume toker qarini
Nergiz gozlerinden meni ayirsan.
Menim umidimin qapilarini
Necin gah acirsan,gah qapayirsan?
Senin gozlerinmi genclik baginda,
Yoxsa nergizlerim sayriwib oynar!
Yoxsa cixilmayan ewqin daginda
Omrumun dirilik cewmesi qaynar? Ardı »

Mikayıl MüşviqHeyat Sevgisi...

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?



Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?



Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi.

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?



Təbiət varlıdır, təbiət xəsis,

İşlədərkən onu, sən ey mühəndis,

Mən də qart daşlara verdiyim bu hiss,

Bu incə mənadan necə əl çəkim?



Bir yanda tərlanlar, dumanlı dağlar,

Bir yanda kəkliklər, ayna bulaqlar,

Bir yanda bülbüllər, çiçəkli bağlar,

Mən bu tamaşadan necə əl çəkim?



Həyat dedikləri bu keçməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Ardı »

Mikayıl MüşviqBu Gorus

Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.

Hanı ömrümüzün ö keçən günü,
Hanı öz əhdinə ö dönük andım...
Sənin "gəl barışaq" təbəssümünü,
Mən o vaxt əl açan dilənçi sandım.

İndi dayanmışıq üz-üzə yaxın,
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır insan.

Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy Ardı »

Mikayıl MüşviqNecin Gelmedin?

Gozledim...gozumun koku saraldi,
Vefali terlanim,necin gelmedin?
Hansi gul etrise uzaqda qaldi
Benovwem,reyhanim,necin gelmedin?
Bizim goruw yeri bir azca agir
Kusgun divarlardan tenhaliq yagir
Demir darvazalar coxdan baglidir,
Aciq asimanim,necin gelmedin?
Yegane servetim,dovletim-varim,
Gelsen,gul acardi beton divarim.
Uzunu yandirar sevinc yawlarim,
Yarali ceyranim,necin gelmedin?
Burda ne bulaq var,ne gul,ne cicek
Yegane bulagi gozlerden icek.
Hesrete benzeyir burda goruwmek
Vusalim,hicranim,necin gelmedin?
Bilirem,o yerde laleler al qan,
Bir mezar ustunde yuz-yuz ergevan.
O pak torpaq ozu acilmiw Quran,
Qapanmiw Quranim,necin gelmedin?
Aypara sahile siginan Baki
Bu derdden,beladan qurtulsun teki,
Xezerin qirilmiw aynasindaki
Solgun kehkewanim,necin gelmedin?
Kimse oz kefinde ceh-celalinda,
Kimse qefesdeki qartal halinda
Omrumun-gunumun dar macalinda
En muqeddes anim,necin gelmedin?
Sen Qowabulaqda bullur selimsen,
Rovwenem,Nigarim,Cenlibelimsen.
Vetenim,milletim,obam-elimsen,
Ey Milim,Muganim,necin gelmedin?
Dumanli-cisginli bir iqlimdesen,
Taram,sen caldigin sari simdesen.
Gelsen,gelmesen de nefesimdesen
Amanim,gumanim,necin gelmedin? Ardı »

Mikayıl MüşviqOxu Tar!

Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar:
fikrimdə oyansın,
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlkbahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə Ardı »

Mikayıl MüşviqKulekler

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!



Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!



Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!



Gurlayın, ilhamım, sənətim gurlasın!

Fırtınam, qasırğam, qüdrətim gurlasın!

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər! Ardı »

Mikayıl MüşviqGeceler...

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...



Gecə sakit... düşüncəm sakit deyildir Ardı »