Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MüxtəlifÇörçill Uinston-şlyapalı adam

Cənab Uinston Çörçill (Sir Winston Leonard Spencer-Churchill) həqiqətən da sitayiş olunası şəxsiyyətdir və onun - Nyuton, şahzadə Diana, Şekspir, Darvin və Con Lennon kimi görkəmli ingilislərlə bir sırada durması labüddür. Özünün 90 illik ömründə, o, bənna və bağ memarının yanında öyrənmiş, zabit və hərbi müxbir, redaktor və rəssam, yazıçı və tarixçi olmuş, 25 yaşından isə siyasi yola qədəm qoymuş, yarım əsr Britaniya Krallığı hökumətinin həyatını müəyyən etmişdir. O, dünya tarixinin görkəmli siyasi simalarından biri və bütün XX əsrin aqibətinə təsir göstərən siyasətçi olmuşdur.
Rəqs gecəsindəki uğurlar
1874-cü ilin payızında Londonun «Tayms» qəzetinin birinci səhifəsində Malboro hersoqları ailəsində növbəti övladın anadan olması haqqında Ardı »

MüxtəlifQraf Drakula

Dakula, yoxsa rumın Vlad?

Rumın ağası, Valaxiyanın hökmdarı III Vlad, 1431-ci ildə anadan olub.Vladın atası II Vlad 1436-cı ildə hakimiyyətə keçir.Ancaq sonradan macar kralının dəstəyini itrən II Vlad Osmanlılardan vassallıq öhtəliyini götürərək, iki oğlunu- Vlad və Radunu girov kimi sultan saryına göndərdi.1447-ci ildə Vlad macar krallığının əmri ilə öldürüldü.1448-ci ildə 17 yaşlı Vlad əsirlikdən xilas olaraq atasının taxt-tacını geri qaytarmağa cəhd etdi.O, türklərə yenidən Valarxiyanın vassal olacağı vədini verdikdən sonra hücuma keçdi və III Vlad adı ilə hakimiyyətə gəldi.Tezliklə Macarlar ilə Osmanlı Türkiyəsi arasında müharibə başladı.

Vladın sərkərdəlik bacarığına türklər belə heyran qalmışdı.Türklərlə döyüşdə Valaş ağası məğlub olaraq, macar kralının sarayına qaçdı.1462-ci ildə Ardı »

MüxtəlifTarixi dəyişdirən 15 qadın...

Tarixdə qadınlar bir çox sahələrdə, o cümlədən mədəniyyət, ədəbiyyat, din və siyasətdə mühüm rol oynayıblar.
Sapfo- tarixin ilk qadın ədəbiyatçısı, Afroditanın rahibələrindən biridir. Yazdığı coşğulu və cəsur lirik şeirləri nəsillər boyunca yaşayıb və günümüzə qədər gəlib çatıb.

Kleopatra - Misirin son hökmdarı, dövrünün ən güclü iki şəxsi Sezar və Mark Antoni ilə birlikdə ölkəsinin bütövlüyünü təmin edib, gözəlliyi bu gün belə dillərdən düşmür.

Məcdəlli Məryəm - Xristianlığın yayılmasında mühüm rol oynayan qadındır.

Boudisa- Həyat oldaşı Britaniya adasının ən əhəmiyyətli kaloniyalarının başında durub. Onun ölümündən sonra romalılar Romanı məhv doğru sürükləyib. Buna qarşı mübarizə aparan və bütün kaloniyaları birləşdirən Boudisa müqavimətin simvoluna çevrilib.

Hildedard Ardı »

MüxtəlifSəməd bəy Mehmandarov

Səməd bəy Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Naziri, sovet hərb xadimi.

Həyatı

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var Ardı »

MüxtəlifUinston Çörçill...

Londonda parlamentin qarşısında abidə dayanıb. Tosqun, bir qədər yöndəmsiz adam enli paltoda, əl ağacına söykənərək gəlib gedənlərə qaşqabaqla baxır. Abidədə nə titul, nə də yazı var. Cəmi bir söz - «Çörçill» yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub.

«Xoşbəxtlikdən həyat o qədər də qayğısız deyil»

1874-cü ilin payızında Londonun «Tayms» qəzeti birinci səhifəsində Malboro hersoqlarının ailəsində oğlan uşağının dünyaya gəlməsi barədə xəbər yaydı. Qarderob otağında, şlyapalar, paltolar arasında dünyaya gözünü açıb cır səslə çığıran uşaq kürən və hay-küylü idi. Onu Uinston Leonard Spenser Çörçill adlandırdılar. Evdəkilərsə sadəcə Ardı »

MüxtəlifTomas Alva edison..

Əsla başqalarının xəyallarıyla lağ etmə.

Dərindən və inancla sev. Qırıla bilərsən bəlkə amma başqa cür də həyatını tam yaşaya bilməzsən.

Yaddaş dəli bir qadına bənzər, rəngli çınqılları toplar və yemək şeyləri küçəyə atar

Anlaşılmazlıqlarda dürüstcə döyüş. Ad vermə.

İnsanların düşünmə zəhmətindən xilas olmaq üçün edə bilməyəcəkləri heç bir şey yoxdur… ( Tomas Alva Edison ) Ardı »

MüxtəlifDahilər və şahmat

Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.
Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
şahmat dahisi Harri KasparovMəşhur şahmatçı Morfi yazı taxtasına baxmadan eyni zamanda 3 oyunçu ilə, rus şahmatçısı Alyoxin 32 nəfərlə, Argentina qrossmeysteri Miquel Naydorf Ardı »

MüxtəlifRiçard Aslanürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu. Çünki atası hakimiyyəti böyük oğluna, Akvitaniyanı da kiçik oğluna verməklə Riçardı Ardı »