Sevgi şerləri → Əlvida sənə, əlvida sevgilim...
Sən getdin.. Bir zülmət qaranlıq, bir zından təkliyi, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Tək söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi nəfəsi necə eşidilər?
Əlvida sənə...əlvida sevgilim..
Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç belə gərəksiz, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər ağrılı və soyuq.Güzgüyə baxıram.Güzgüdə gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənilmiş. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlanıb. Yoxluğunun əvəzi çox ağır sevgilim.
Əlvida sənə...əlvida sevgilim..
Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Həyatın mənası əlvida. Kimsə Ardı »