Sevgi şerləri → Ayrildiq... Ayrilmaq Istemeden Biz...
Ayrıldıq...güc gəldi bizə hücumlar,
Ayrıldıq, usanıb tənədən, sözdən.
Bizdən razı qaldı yadlar, qohumlar,
Biz razı qalmadıq öz-özümüzdən.
Ayrıldıq...nəğməmiz qaldı yarımçıq,
Fikirlər pərişan, könüllər qırıq.
Ayrıldıq...de, harda ləngidi zaman?
İndi nə sən sənsən, nə də mən mənəm.
Başımda tufanlar hayqırdığından,
Meyvəsi dəyməmiş tökülən mənəm.
Dağlara dırmanıb ardımca qoşdun,
O axar sulara qarışan mənəm.
Taleyin hökmüylə sən çox vuruşdun,
Bu ağır hökm ilə barışan mənəm.
Yandıran da mənəm, yaxılan mən,
Döyən də, vuran da, yıxılan da mən!
Ayrıldıq...
bilmədik,
neçin,
nədən biz?
Ayrıldıq...
Ayrılmaq istəmədən biz.
Yoxdur ürəyimdə sənə qəzəb, kin,
Yadıma Ardı »