Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriMən ötüb Keçirəm Sənin Yanından...

Deyəsən, çox qaçdım sənin dalınca,
Sənsə vərdiş etdin üz çevirməyə.
Mən günahlarını bağışlayınca,
Daha yaxın oldun rəhmsizliyə.

Sən külək kimisən, ilk sevdiyimdən,
Səmti dəyişmisən, sadəcə indi.
Əvvəl qoparırdın məni yerimdən,
Yıxıb səhralığa gedirsən indi.

Deyəsən, çox qovub, qaçırtdım səni,
Eşqi "qaçdı-tutdu” sandın üzümdən.
Bəlkə də belədir, ya da ki, məni…
Sevirdin, sadəcə qaçdın özündən.

Sən yağış kimisən, ilk sevdiyimdən,
Sadəcə şimşəyin çoxalıb indi.
Daha ilkbahardan müjdə vermədən,
Payız olmağına vaxt çatıb indi.


Deyəsən qovmağım səni çox yordu,
Özüm yorulmadım, tövşümədim də.
Eşqin bir ikinci nəfəsim oldu,
Sənə saxlamadan, çəkdim içimə.


Sən məndən o qədər qaçacaqsan ki,
Axırda yorulub dayanacaqsan.
Və məni gözlərkən, baxacaqsan ki,
Mən ötüb keçirəm Ardı »

Sevgi şerləriOndan Nigaranam..

Mənə ondan danışın…
Heç məni düşünürmü?
Görən o da, mənim tək,
Təklikdən üşüyürmü?
Yoxsa unudub məni,
Yad nəfəsə isinir?
Dərdin özgəylə bölür,
Yadla danışıb-gülür?
Mənə ondan danışın…
Bəlkə buzdu otağı?
Bəlkə, min əzab çəkir,
Bəlkə daşdı yatağı?
Gördüyü yuxuları,
Kimlər yozur,biləydim,
Nə olaydı, bir dəfə,
Yuxusuna gələydim…
Oyananda sevgisin,
Yanıma uçuraydı,
Əllərimdən yapışıb,
Uzağa qaçıraydı…
Mənə ondan danışın…
Ağarıbmı saçları,
Qəmlidirmi gözləri?
Artıbmı qırışları,
Titrəyirmi dizləri?
İllər qara saçına,
Çəkibmi ağ əlini?
Vaxtsız gələn ayrılıq,
Bükübdürmü belini?
Adımı düşünürmü,
Baxıb aya, günəşə?
Qısqanclıqdan qovrulmur,
Nəcə dözür atəşə?
Ziyarət eyləyirmi,
Dəfn etdiyi arzusun?
Qarğıyırmı ozünü,
Necə boğur duyğusun?
Mənə ondan danışın…
Bir az gileylənəcəm,
Gileyimi aparın,
“Haqqa əmanət olsun”,
Diləyimi aparın.
Nə istəyir, nə umur?
Nəyi var, nəyi yoxdur?
Məndə olsa deyərdim,
Ürəyimi aparın!
Mənim kimi kədərlə,
Yollara göz dikibmi?
Görən mən çəkdiyimin,
Bir misqalın çəkibmi?
Mənə ondan danışın…
Hayandadır,hardadır?
Bəlkə heç pulu yoxdur,
Çətindədir, dardadır?
Yeməyi vaxtındamı?
Qulluğunda kim durur?
Adımı eşidəndə,
Nəbzi sakitmi vurur?
Mənə ondan Ardı »

Sevgi şerləriSenin Acigina Seve Bilerem !

Sacima iz salir her kecen gunun
Her gunun ozutek dusmendi eli
Ele aci olur ele qem sozun
Hiddetim guc eder gede bilerem
Senin acigina seve bilerem

Dusunme yolunu keser sozlerim
Seni sile sile yazar oz elim
Etinam eriyer, gormez gozlerim
Yanindan yad kimi ote bilerem
Senin acigina seve bilerem

Daha bu konlumu qirib min yerden
Yarali gunlere gelme sen herden
Gizlice qemimi cekersen birden,
Zulumden qeddini eye bilerem
Senin acigina seve bilerem

Inadkar inadkar danisib dinsen
Divane qelbine toxunmaz daha
Qefil bu sevdadan soz aca bilsen
Unutdum unutdum deye bilerem
Senin acigina seve bilerem ... Ardı »

Sevgi şerləriUnutmayacağım sənsən

Unutmayacağım sənsən

Qayıdacaqsan...
Kədər ürəyini vurub yıxanda
Gecələr tənhalıq səni boğanda
Tək tənha otaqda yalnız qalanda...

Anlayacaqsan...
Səni nə çox sevdiyimi,
Sən özgəylə güldüyün an
Qısqanıb da, öldüyümü...

Gələcəksən...
Görüşdüymüz o yerlərə,
Düşəcəksən qəm-kədərə
Bir dəfə yox, mincə kərə!

Yazacaqsan...
Sən hər gecə yazıb pozub
Hislərini sən hopdurub
Uzaqlara neçə məktub...

Görəcəksən...
Çıxış yolub daha qalmır,
Ürəyin də üsyan edir
Məni ordan heç.buraxmır...

Oxuyarsan...
Bu şeri də sənə yazdım,
Kövrəlmədim...
Lap azacıq mən ağladım
Dəyişmədim, sənə olan bu sevgini,
Bil , saxladım...

Susacağam, yazacağam
Yollarına baxacağam
Bir gün əlbət sən dönərsən
O an isə... sən tərəfə baxmayacam...

Məndə qürur qoymadın sən,
Bu kədəri tək çəkdim mən
Nə xoşbəxtlik deyirsən sən?
Bizim üçün deyildi o...

Və bitirdim...
Hey yazdıqca mən yazacam,
Için-için ağlayacam
Məni öldür, amma bil ki
Səni ...UNUTMAYACAM!

Əhəd Əhədli Ardı »

Sevgi şerləriUnuTMagI BaCaRmIraM SeVGiLiM

Uzagdan qulagima gelen bir ses. 
Deyir:Sil meni , sevme ebes.
Goresenn anlamirmi bunu deyen wexs.  
UnudArmi sevdiyini seven kes..

Bezen sevgimden qacmaga caliwiram. 
AMA uzaglawdiqca,seni daha cox aniram.
Deyesen özümü bow yere yoruram. 
Caliwsamda unutmagi bacArmiram.   

Senin ucun cox darixmiwam. 
Sensiz qalmag ehtimalimdan qorxuram. 
Qorxduqca sensizliye yaxinlawiram. 
Sensizliye yaxinlawdiqca aglayiram

Hardasan axi sevgilim...
Göz yawimi silmir ellerin. 
Diyesen dawa dönüb o zalim qelbin. 
Axi Meni nece unuda bildin.    Ardı »

Sevgi şerləriEtiraf

Fikirli gəlirəm,
Dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suşumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm,ürəyi yumşaq olmuşam.
Dəcəl balalara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişdirmisən...

Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan,
Acım olmusan.
Qohumdan,tanışdan pis üz görəndə
Sən anam olmusan,
Bacım olmusan.
Bir kövrək şerimdən gözlərin dolub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə
qabda-qaşıqda,
Ardı »

Sevgi şerləriMənə Sənsizliyi öyrət..

Mənə sənsizliyi öyrət..
Hər düşdüyümdə tutub əllərimdən qaldıran ayağa, əllərinlə silən gözyaşlarımı.. Titrəyir dizlərəm, keçdim getməkdən, addım atmaqdan, ayaqda belə dayana bilmirəm. Yıxılıram kiçicik bir toxunuşla boylu boyunca yerə..

Su kimi axıb gedirsən əllərimin arasından, tuta bilmirəm.
Əllərimdə buraxdığın yaşlığını da götürüb getsənsə ya..
Axsa gözlərimdən gözlərin gözyaşlarım kimi..

Mənə yoxluğunu öyrət.
Heç bir şey gözəl olmayacaq bundan sonra de, "Sən yoxsan" de, "Mən yoxam" de.
"Dənizin ləkəsi də çıxar əlbət bir gün", "Bundan sonra heç gəlməyəcək baharların, həmişə zəmhərilərdə üşüyəcəksən" de..
Köhnəlmiş bir həyatın içindən götürdüyün məni, burax götürdüyün yerə.

Mənə getməyi öyrət..
Zənn etdim ki çox asan olacaqdı, dönüb kürəyimi ağır addımlarla gedəcəkdim yalnız. Heç bir şey azalmamış kimi Ardı »

Sevgi şerləriSevgi Neye Deyirsen?

Küləy kimi əsib keçdin bir anda,
Tərk elədin məni dumanda qarda,
Qanadlanib uçub getdin son anda,
Sən qanadsız sevgi nəyə deyirsən?!

Gözlərinə həsrət qoydun zamanla,
Çox yalvardım qoy yaşayım gümanla,
Sonda qoydun məni qoca yalanla,
Sən yalansız sevgi nəyə deyirsən?!

Hər acıya hər kədərə dözmüşəm,
Sən ocaqsan mənsə sönən közmüşəm,
Qəm gölündə çırpınaraq üzmüşəm,
Sən əzabsız sevgi nəyə deyirsən?!

Bu həyata tək səninçün gəlmişəm,
Sevgi nədir səndən sonra bilmişəm,
Mən tək sənə sevdiyimi demişəm,
Sən cavabsız sevgi nəyə deyirsən?!

Sevinc dedin öz sevincimi verdim,
Kədər dedin qəmi çöllərə sərdim,
Ürək dedin sənə qurban can dedim,
Sən dəyərsiz sevgi nəyə deyirsən?! Ardı »