Sevgi şerləri → Soruşma...
Bu canda nə qədər olarmış
dözüm?
Soruşma nədəndir, ay canım,
gözüm!
Şimşəklə alışıb odlanır közüm,
Küləklə sovrulur külüm, soruşma!
Sevgi ulduzunam asimanında,
Hərdən, tutuluram çən-
dumanında.
Sənə həsrətimi, sənin yanında,
Deməyə gəlməyir dilim, soruşma!
Soruş, könlümdəki fəryadı, soruş!
Soruş, sözümdəki təzadı, soruş!
Sən, səni sevəndən həyatı soruş!
Sən, səni sevəndən ölüm,
soruşma! Ardı »