Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

J hərfiYuxuda Jele görmək

Yuxuda jele yemək qısamüddətli məmnunluqdan xəbər verir. Qadın üçün belə yuxu boş xəyallar və ümidlərə işarədir. Jele hazırlamaq o deməkdir ki, siz özünüz lazımsız tanışlıqlara yol verməklə və yüngül, möhkəm olmayan əlaqələrə girməklə həyatınızı çətinləşdirirsiniz. Əgər jele donmursa, bu o deməkdir ki, problemləriniz tezliklə öz həllini tapacaq. Ardı »

J hərfiYuxuda Jonqlyorluq etmək

Həyatda elə anlar olur ki, onu oyunbazlıqla müqayisə etmək olar – biz üzərimizə çox şey götürürük, lakin onların hamısının öhdəsindən gələ bilmirik. Yuxuda təkbaşına jonqlyorluq etmisinizsə, həyatda bir çox problemləri eyni zamanda həll etməyə müvəffəq olursunuz. Yuxuda öz məharətimizi ümumi kütlə qarşısında götərdiyimiz vaxtlar olur. Burada əsas məsələ auditoriyanı qiymətləndirməkdir. Sizin jonqlyorluq etməyinizi kim müşahidə edir?Real həyatda sizi hansı münasibətlər birləşdirir? Siz nə dərəcədə yaxşı jonqlyorluq edirsiniz və buna tamaşaçılar necə reaksiya verirlər? Ardı »

J hərfiJaluzi

Röyada taxta pəncərə pərdəsi – jaluzi görmək – yaxın vaxtlarda xeyirli bir xəbər alacağına, yaxud bir xəstəliyin carəsini bulub sağalacağınıza işarə sayılır. Ardı »

J hərfiJandarma

Yuxuda jandarma görən adamı yaxın gələcəkdə böyük mübarizələr gözləyir və o, bu mübarizələrin sonunda qətiyyətli uğurlar qazanacaqdır Ardı »

J hərfiYuxuda Jalüzi görmək

Yuxuda bağlı jalüzi görmək o deməkdir ki, torbada gizlətdiyiniz pişiyin üstünün açılmasına az qalıb, tezliklə hər şey açılacaq. Jalüzini açmaq o deməkdir ki, sizi yeni tanışlıqlar gözləyir, ola bilsin, tanıdığınız insanlarda yeni xüsusiyyətlər aşkar edəsiniz. Qadın üçün bu yuxu əyləncələrə meyilli olmaq deməkdir. Əgər yuxuda jalüzi qırılıbsa, siz çox yaxında dedi-qodu və insanların müzakirə obyektinə çevriləcəksiniz. Əgər onu düzəltsəniz, dedi-qodular tezliklə kəsiləcək. Əgər jalüzi düzəldə bilməsəniz, sizə mənəvi əziyyət verəcək nahaq böhtan gözləyir. Yuxuda evin pəncərəsinə jalüzi asmaq o deməkdir ki, sizin təhlükəsizlik üçün qorunmanız və özünüzə əmin olmamağınız əsaslıdır, öz gücünüzü və rəqiblərinizin gücünü qiymətləndirməli olacaqsınız. Ardı »

J hərfiYuxuda Jasmin görmək

Yuxuda jasminin ətrini duymaq yüngül əylənəcələr, eşqbzalıq, naz, işvə əlamətidir. Gənc qadına belə yuxu əks-cinslə bağlı uğur vəd edir. Jasmin budağından güllər seçmək kiçik xoşagəlməz hallarla qarşılaşmağa işarədir. Jasmin kolu görmək ailə həyatında rifah və yaxud gənc insanlar üçün uğurlu evliliyə işarədir. Əgər jasmin kolu quruyubsa, evli adamları soyuqlaşan münasibətlər gözləyir. Qıza belə yuxu gecevlilik vəd edir. Subay kişilərə qurumuş jasmin kolu görmək xəstəlik və kefsizlik əlamətidir. Məşhur insanlar üçün belə yuxu populyarlığın azalacağına işarədir. Ardı »