O odlu gözlərin könlümə atəş
O odlu gözlərin könlümə atəş,
Tanrı bu ocağı söndürməydi.
Doğaydı hər səhər zirvədən günəş,
Onu ucalıqdan endirməyəydi.
O yaşıl gözlərin qəlbə min çalar,
Lapdan varlığımı tilsimə salar,
Hərdən bir qərinə xəyala dalar...
Bu xəyal zülmü andırmayadı.
Yar əgər taparsa ürəkdən yarı,
Nədir bu dünyada dünyanın varı?
Tale tufanıyla hicranın qarı-
Yanan qəlbimizi dondurmayaydı.
Sarılıb ilğımtək yanan köksünə,
Bir heykəl yapaydım oddan əksinə,
Çıxıb könülmüzün fələk əksinə,
Qəlbləri hicranla yandırmayadı.
Tarix: 01.06.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Şirinxanım Kərimbəyli
loading...