Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəli ürək
Dəli ürək

Tutub varlığımı qəmə çuğluyan,
Ey sevincdən gülən, dərddən ağlayan,
Alovla, atəşlə könül dağlayan,
Qəlbi incilərlə sərraf bağlayan,
Qaynar bulaqlar tək coşan, çağlayan,
İnci dəryasından çələng bağlayan,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Bu sakit qəlbimi sözlə oxlayan,
Çılğın xəyalları yoldan saxlayan,
Hər kiçik kəlməni günlə yoxlayan,
Haqsızlıq görəndə dözmüb laxlayan,
İlham otağında sözlə yuxlayan,
Şeir gülzarından güllər qoxlayan,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Xəyal körfəzində üzgüçü olur,
Bahar tək açılır, payız tək solur,
Ümid girdabından təsəlli alır,
Məni söz pərimin çölünə salır,
Əngin səmalar tək xəyala dalır,
Eşqi kaman olur şadlıqlar çalır,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Bu odlu torpaqda odlara dönür,
Qartal asimanın köksünə enir,
Yalçın qayaların başına sinir,
Röyalar uçanda quş tək diksnir,
Qaynar təbiətə susmayır, dinir,
Arzusu daşanda xəyalı sönür,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Alov dilləri tək şölələr çəkər,
Könül bulağında sona tək səkər,
İlhamın barını ortaya tökər,
Duyğu bağçasında gövhərlər əkər,
Kədərin evini şadlıqla sökər,
Sevincdən bir qəsir, bir saray tikər,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Gur şəlalələr tək zirvədən içər,
Hər acı söz-sovu qəzəblə biçər,
Şadlığın evini pak mənzil seçər,
Enişdən, yoxuşdan əzimlə keçər,
O söz boğçasının ağzını açar,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.


Tarix: 01.06.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 214 Bölmə: Şirinxanım Kərimbəyli
loading...