Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limon

Terkibi faydali maddələrlə zəngindir. Dişlərin saglamliğı üçün həftədə 2 dəfə ağzı limon suyu ilə qarqara etmək məsləhət gorülür.Bağırsaq və mədədə olan mikroblara qarşı təsirli vasitələrdən biridir.
Şirin limon şirəsinə yarısı qədər turş limon şirəsi qatdıqda çox ətirli və dadlı içki alınır.Bu eyni zamanda zəif mədə üçün də münasib sayılır.
Limonun sarı qabığı isidici və quruducu təsirə malikdir,mədə və ürəyi möhkəmləndirir,iştahanı açır,həzmi yaxşılaşdırır.Turşusu(meyvənin ləti) soyuqdur,quruducu xususiyyəti vardır,mədəni qüvvətləndirir,lətifdir,təmizləyici təsir göstərir,qan təziqini azaldır;mədə iltihabı,öd kisəsi və qan xəstəlikləri,dəri üstü sızanaqlar,boğaz və qırtlaq şişi,öd kisəsi xəstəliklərindən olan ürəkbulanma hallarinda faydalıdır.
Balıq və ət xörəkləri yeyərkən limon şirəsi işlətmək tövsiyə edilir.Baş ağrısı,ürək döyüntüsü zamanı istifadə etmək məsləhətdi.
Öskürək üçün çox ziyandır.Çox istifadə etdikdə mədə və bağırsaq fəaliyyətini zəiflədə bilər.Zərərli cəhətini aradan qaldirmaq üçün bal və şəkərlə işlətmək məsləhətdir.


Tarix: 22.08.2012 / 02:40 Müəllif: [Ram] Baxılıb: 941 Bölmə: Şəfalı Bitkilər
loading...