beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladınızla yaxından maraqlanın, atalar!

Atanın yaxın münasibətinin və diqqətinin uşağın fiziki və duyğusal inkişafı üzərində müsbət təsirlər yaratdığı araşdırmalarla təsdiqlənib.

İlk aylarda atası tərəfindən güclü istək və diqqət görən uşaq ətrafı ilə münasibət qurmaqda daha istəkli olur. Atanın uşağı ilə yaxından maraqlanması xüsusən oğlan uşaqlarında gələcəkdə qarşı cinsə şiddət meylini azaltmış olur.

Tək başına yalnız anası tərəfindən böyüdülən oğlanlar yaşadıqları hər üzüntünü, problemi anasıyla əlaqələndirdiyindən gələcəkdə qarşı cinsə qarşı onlarda mənfi empatiya yaranmış olar.

Atasıyla daha yaxın münasibət quran uşaqların özlərini ifadə etmək və münasibət qurmaqda daha bacarıqlı olduğu deyilir. Analar uşağın böyüməsində daha çox qoruyucu, nəzarətçi rolda olsa da, ata sosial aləm və ətrafı ilə təması üçün uşağı daha sərbəst buraxır.

Uşağın şəxsiyyət kimi yetişməsində atanın çox böyük rolu var. Uşaq yeni bir fərdlə (it, ya başqa nəyləsə) tanış olanda analar ona yaxın duraraq rahat olmasına kömək edir. Ancaq atalar bu hallarda həmişə arxa planda duraraq uşağa bu yeniliyi təkbaşına kəşf etməsinə imkan yaradır. Beləliklə, uşaq tanımadığı insanların arasında tək olduqda rahat olmağı və ağlamamağı öyrənir.

Atasıyla daha yaxın münasibəti olan uşaqlar instinktlərinə nəzarət etməkdə və sosial uyğunlaşmada daha bacarıqlı olur.


Tarix: 06.01.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Valideynə məsləhət