Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları günorta mütləq yatızdırın

Günorta yuxusu sağlamlıq üçün çox dəyərlidir

Uşağınızın sağlam böyüməsi üçün yuxu çox vacibdir.

Körpə yeni doğulduğunda yuxusuna daha çox diqqət yetirilsə də, 2 yaşdan sonra körpənin günorta yatmasına laqeyd yanaşılır.

Halbuki araşdırmalar zamanı günorta yuxusunun uşaqlarda beyin inkişafı və öyrənmə müddətinə müsbət təsir göstərdiyi təsdiqlənib.

Ailəm.az həmin araşdırmanın nəticəsini təqdim edir. Nəticəyə əsasən, günorta yuxusunun uşaq beyninin inkişafında və hafizəsində göstərdiyi müsbət təsir ya həmin gün, ya da ertəsi gün hiss edilir.

Belə ki, körpə günorta yeməyindən sonra 1 saat yatarsa, digər günlərdən fərqli olaraq vizual-fəza bacarığı baxımından daha yaxşı performas göstərər. Nəticələrə görə, yuuxudan sonra uşaqların 10 % daha çox məlumat xatırlayır. Araşdırmaçılar yuxu zamanı uşaq beyninin öyrənmə və yadda saxlama fəaliyyətiylə bağlı bölgəsində irəliləyiş olduğunu ortaya çıxarıblar.

Sonda bu qənaətə gəlinib ki, uşaqlara məktəblərdə günorta ən azı 1 saat yatmaq üçün imkan yaradılmalıdır.


Tarix: 06.01.2015 / 14:29 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Valideynə məsləhət
loading...