Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqda olan qızdırmaya qarşı diqqət

Qızdırması olan uşaqlarla ehtiyyatlı davranmaq, onların müalicəsi üçün lazımi qayğı göstərmək çox vacibdir. Bu cür hallarda bəzi valideyinlər dərman verməyə tələsirlər. Lakin, bəzilərinin fikrincə bu düzgün deyil. İlkin prosedur olaraq qızdırması olan uşaqların bədənlərini 29-30 dərəcə istilikdə su ilə ovxalayaraq soyutmaq lazımdır.
Türkiyəli mütəxəssis Dr. Göktuğ Özdemir, bu cür hallarda valideyinlərin lazım olan müalicə üsullarını bilmələrindən danışıb.
Onun sözlərinə görə ailələr, uşaqların bədən istiliyinin 35-37 dərəcə arasında olduğunu bilməli və bədən temperaturuna əsasən tədbirlər görməlidi.
Bədən temperaturu 35-36 dərəcə olduqda ciddi qızdırma hallarının olması düşünülməməlidir. Məlumatlı olmaq həm də gərəksiz dərman istifadəsinin qarşısı alınır.
Daha çox 90 gündən kiçik olan uşaqlarda qızdırma hallarına xüsusi diqqət ayrılmalıdır. Hava şərtlərindən aslı olaraq qaynaqlanan qızdırma halları soyuq hava səbəbindən yuxarı tənəffüs yolları infeksiyaları nəticəsində yaranır. Bu səbəbdən ilk növbədə əlamətlərə fikir verməlidirlər.
Həmin əlamətlərə halsızlıq, narahatlıq, qidalanmada istəksizlik, dəridə soyuqluq və s. aiddir.
Temperatur 37.3 dərəcəni keçdikdən sonra lazımi tədbirlər görmək lazımdır.
Dərmanlardan parasetamol və ya ibuprofen verilə bilər. Qızdırmanı salmaq və bədəni soyutmaq üçün spirt, sirkə, soyuq sudan istifadə edənlər də az deyil.
Bunun yerinə ləyənin içərisinə 5 santimetrə qədər yüksəkliyə gələ biləcək miqdarda 29-30 dərəcə istilikdə su əlavə etmək və uşağı oturdub həmin su ilə bədənini soyutmaq olar. Bu zaman otaq temperaturu qaydasında olmalı və 25 dərəcəni keçməməlidir.
Bu üsulları istifadə etdikdən sonra qısa zamanda həkimə müraciət etmək lazımdır.


Tarix: 06.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Valideynə məsləhət
loading...