Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İkinci uşaq nə vaxt olmalı?

Mütəxəssislər "İkinci uşaq sahibi olmaq üçün doğru zaman nədir?" sualına dəqiq bir cavab tapa bilməsələr də ümumi hər qadının ikinci bir uşaq sahibi olması üçün 2 ilə 4 il arasında gözləməsi.

Edilən araşdırmalara görə yenidən körpə sahibi olmaq üçün son körpənizin doğumundan sonra 18-23 ay arası gözləmək yeni körpənin sağlamlığı üçün ən yaxşısı. İki hamiləlik axtarsının 17 aydan az bir müddət olması az kilolu körpə sahibi olma riskini artırır. Bu risk iki hamiləlik arası əgər 6 aydan az isə ən yüksək nisbətdə görülür. Mütəxəssislər ananın əvvəlki hamiləliyindən sonra yaşadığı stressdən xilas olması və bədənində lazımlı qidaları geri qazanması üçün zamana ehtiyac olduğunu düşünürlər. Bir əvvəlki körpənin doğumundan sonra 18-23 ay gözləmək rəhmin əvvəlki halına gəlməsini və sonrakı hamiləliyə sağlam başlamasına səbəb olur.

Bəzi mütəxəssislər əgər ilk uşağınız bir yaşın altında ya da 4 yaşın üstündədirsə bu zamanın yeni bir körpə üçün ideal ola biləcəyini düşünür. Bir yaşın altındakı uşaqların fərd xüsusi bir statusu olmazkən 4 yaş üstü uşaqların isə ana - atalarının diqqətinin çox ehtiyacları olmadan vaxt keçirdikləri və özünə aid bir həyatları olduğu düşüncəsindələr.

Digər uşaqlarınız neçə yaşında?
Edilən araşdırmalara görə, ilk körpəniz 6 ay və daha kiçiksə yenidən hamilə qalmaq çox da ağıllıca deyil. Ancaq bu suala bəzi insanlar iki növ cavab verə bilirlər. Kimiləri yaş fərqi nə qədər çoxdursa böyük uşağın yeni körpənin təsirlərinin nə olduğunu anlaması baxımından o qədər yaxşı deyərkən, kimiləri isə az fasilədə körpə sahibi olmaq uşaqların həm yola gedən olmalarını təmin edəcək həm də sizin iki kiçik körpəni eyni zamanda böyütmənizi təmin edəcək deyə düşünər.

İkinci uşaq həyat tərzinizə təsir edəcəkmi?
Uşaqlarınızla oturmuş bir nizamınız varmı? Uşaq baxımı ilə əlaqədar hər şey yolundamı? Digər uşaq ya da uşaqlarınız artıq bütün gecə qalxmadan yatırlarmı? Yoldaşınızla özünüzə aid bir zamanınız varmı? Əgər bu sualların cavabı bəli isə bəlkə evinizdə hər şey qaydaya girmiş hətta işə belə dönmüş ola bilərsiniz. Bütün bunlar yeni bir körpə üçün təkrar nəzərdən keçirməniz lazım olan mövzular. Yeni bir körpə təkrardan həyatınızın təşkil edilməsini tələb edəcək. Yeni bir körpə sahibi olmağa qərar vermədən əvvəl bədənlə və ruhən buna enerjiniz olub olmadığını təkrar düşünməlisiniz.

İqtisadi vəziyyətiniz necə?
Pul hər şey deyil, ancaq uşaq böyüdərkən iqtisadi sabitliyə də ehtiyacınız olacaq. Hər uşaq üçün ayrı-ayrı xərciniz olacağını unutmayın. Ayrıca iş həyatınızı da göz qarşısında saxlamağı laqeyd yanaşmayın. Bir çox qadın ikinci və üçüncü uşağa sahib olduqdan sonra sahib olduqları işlərini davam etdirməkdə çətinlik çəkərlər. Evdə oturmağı ya da yeni körpə üçün baxıcı ya da körpələr evi xərcini qarşılayıb qarşılaya bilməyəcəyinizi də düşünmədən qərar verməyin.

Neçə yaşındasınız?
Birdən çox uşaq sahibi olmaq üçün qadınlarda yaş faktoru əhəmiyyətli. Əgər 38 - i keçmisinizsə və ikidən çox uşaq istəyirsinizsə, uşaqlar arasında 3 yaş gözləmə lüksünüz çox yox. Əgər 30 yaşdan az və sağlamsansınızsa, zaman mövzusunda bir az daha elastik davrana bilərsiniz. Yaş mövzusunda sərt və iti limitlər olmasa da qadınların yaşı yüksəldikcə doğuş nisbətinin düşdüyü də bir həqiqət.

Yoldaşınızla həmfikirsinizmi?
Bəzən cütlükdən n biri yeni bir körpə istəyərkən digəri buna hazır deyil. Bu fərqlilik bəzən qərar vermədə və ilk addımı atmaqda çətinlik çıxarar. Yoldaşınızla birlikdə oturun və bu mövzudakı fikirlərinizi dərin müzakirə edin. O anda hər şeyi həll edə bilməsinizsə də bir-birinizi daha yaxşı anlayacaqsınız.

Ürəyinizdən nə keçir?
Yeni bir körpə sahibi olmaqla əlaqədar müsbət və mənfiləri bir nəticəyə çatmadan sonsuza qədər düşünə bilərsiniz. Bu mövzuda ürəyinizdən nə keçdiyi çox əhəmiyyətlidir. Ürəyinizin səsini dinləyin. Əgər yoldaşınız da sizinlə həmfikirsə, bu andan daha yaxşı bir zaman yoxdur.


Tarix: 06.01.2015 / 15:27 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Valideynə məsləhət
loading...