beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların şirniyyat sevgisi

Uşaqlarda şirniyyata olan həddindən artıq sevgi, onun sağlamlığı üçün zərərli ola bilər. Bəs uşaqlarda bu "sevgi"ni necə nəzarət altında saxlamaq olar? Ona necə sağlam qida vərdişi aşılamaq olar?

İlk növbədə konfet qabını göz qabağına qoymayın. Uşaqlar şirniyyatdan gündəlik deyil, iki gündən bir istifadə etməlidirlər.
Uşaq rasionundan şirniyyatı birdən-birə çıxartmaq olmaz. Bu səbəbdən şirniyyatdan istifadə sxemi tətbiq olunmalıdır. Uşaq bilməlidir ki, yalnız səhər yeməyindən sonra az şirinli peçenyedən, günortadan sonra isə kiçik şokoladdan istifadə edə bilər.
"Şorba yeməsən sənə şokolad verməyəcəyəm", bu sözü bəzi analar çox təkrar edirlər. Amma bu cur "şantaj" vəziyyəti daha da ağırlaşdırır. Uşaq qadağan olunmuş məhsula daha çox bağlanır.

Övladınızı müxtəlif rəngarəng tərəvəzlərlə, meyvələrlə, quru meyvələrlə, çərəzlərlə sevindirin. Övladınıza onların anlayacağı dildə məhsulların faydalarından bəhs edin. Onda sağlam qidalara maraq yaradın.

Ailə üzvlərinizlə məsləhətləşin. Bu problemin həllində ailə üzvlərinin də sənə dəstək olması mütləqdir. Çünki, sən evdə olmayan zaman nənənin, babanın və s. uşağın könlünü almaq üçün verdikləri adi bir konfet sənin zəhmətinin hədər getməsinə gətirib çıxaracaq.


Tarix: 06.01.2015 / 15:42 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Valideynə məsləhət