Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Valideynə məsləhətPozitiv düşüncə toxumları əkmək

Pomidor yetişdirmək istəsəniz gedib kök toxumu əkməzsiniz. Əgər inkişaf etmiş bir özgüvənə sahib olmaq istəyirsinizsə neqativ düşüncə toxumları əkməzsiniz. Başımıza əkdiyimiz toxumlar, sahib olduğumuz düşüncələrdir, pozitiv ya da neqativ "daxili səsimiz”dir. Bizə mənfi yöndə təsir edən, geriyə aparan sözləri hansı aralıqla istifadə edirsiniz? "Riyaziyyatdan çox zəifəm”, "bu adamın məndən zəhləsi gedir”, "Doğru elədiyim heç bir şey yoxdu”. Bütün bu fikirlər, sabah sahibi olacağınız "mən”inizi əmələ gətirən toxumlardır. Uşağınızın daxili səsindən istifadə etməsinə köməklik edin. Balaca kağızlar alın və hər bir kağız parçasına bir pozitiv daxili səs toxumu yazın. Sonra hamı yazdığı kağızı qatlasın və çölə çıxıb torpağa basdırsın. Basdırdığınız kağız parçalarının Ardı »

Valideynə məsləhətUşağım niyə danışmır?

Bəzi uşaqlar yaşıdlarına nisbətən gec danışmağa başlayırlar. Bəzən uşaqların hansı yaşlarda necə danışdığını bilməyimiz onlarda nitqindəki geriliyişləri aşkar etməyə imkan verir. Uşaqlar əsasən 6-cı aydən etibarən səslər çıxarmağa (ma-ma,ba-ba-ba və s.), 1 yaşdan müəyyən sözləri söyləməyə, 1 yas 6 ayından sadə cümlələr qurmağa başlayırlar. Əgər övladınızda bu dövrlərdə geriləmə hiss edirsinizsə demək ciddi narahatcılıqlar var deməkdir, bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks təqdirdə uşağın zehni və psixi inkişafında ciddi geriləmələr peyda olacaqdır. Uşağın gec danışmasına və ya heç nə danışmamasına bir neçə amil təsir göstərir. Bunlar:
1. Zəka geriliyi
2. Eşitmə problemi
3. Görmə problemi
4. Epilepsiya
5. Xroniki depressiya
6. Psixoloji səbəblər

Bu dəfə biz Ardı »

Valideynə məsləhətİdeal valideyn kimdir?

Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə "yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir? . Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini "əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq "rollarında” da əks etdirirlər. . Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox Ardı »

Valideynə məsləhətUşaqlarda nitq qüsurları, onlarla necə ünsiyyət qurmalı

Uşaqla uşaq kimi danışmaq nitqdə qüsur yaradır.
İnsan yaradılışdan ünsiyyətə, söhbətə meyllidir. Sosiallaşma hər bir insanın daxilində var. Əgər bir insan danışmırsa, yaxud söhbətdən qaçırsa, demək, bunun mütləq bir səbəbi var. Səbəb isə əksər hallarda nitq pozuntularıdır. Belə hallar uşaqlıqdan özünü büruzə verir. Uşaqlarda isə danışmaq istəməmək halları gözlənməyən bir haldır. Kiçik yaşlarında böyüklərlə nisbətdə uşaqlar ikiqat söhbətə meylli olur. Suallar vermək, kiminləsə danışmaq, insan olmasa belə əşyalar, oyuncaqlar söhbət üçün uşaqlara kifayət edir. Bu yaşlarda uşaqların söhbətdən qaçması, susması isə ciddi bir problemin baş qaldırdığına işarədir. Əlbəttə, uşağın danışmamasına səbəb olan faktorlar var. Bunlar fizioloji də ola bilər, psixoloji də. Nəticə Ardı »

Valideynə məsləhətSüddən qatı qidaya keçişdə iştahasızlıq

Hər bir körpə bu yeni dövrə alışana qədər fərqli proseslərdən keçir. Kimi çox tez adaptasiya olur, bəzən də daha çox zamana ehtiyac duyur. Bu müddət də körpəniz daha yavaş davranmaq istəsə , siz də onun sürətinə ayaq uydursanız yaxşı olar. Onu məcbur yerinə , yavaş-yavaş bu yeni dad dünyası ilə tanışdırmakda fayda var.

Bu vaxt faydası toxunacaq bir taktika , körpənizin önünə yeni bir dad qoyduğunuzda bir kasada özünüzə eynisindən qoyun. Birlikdə yeməyə başlayın. Yeyərkən " Hmmmm çox gözəlmiş, çox sevdim !" Deməyə də laqeyd yanaşmayın.

Və nə olursa olsun, sakitliyinizi qoruyun , çaxnaşma etməyin. Unutmayın bu müddətdə kilid kəliməmiz Ardı »

Valideynə məsləhətUşağım gecə altını isladır

Yəqinki bir çox valideyni bu problem narahat edir. Enurez- uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında ya da oyanıq halda sidiyini saxlaya bilməməsidir. Gecələri altını islatma bir çox uşağın yaşadığı problemdir. Oğlanlarda qızlara nisbətən çox təsadüf olunur.
Sidik ifrazı zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdır. Bütün bu proses sinir sistemi tərəfindən avtomatik tənzimlənsə də uşağın özü tərəfindən buna nəzarət edilir. 3 yaşına kimi uşaqlarda sinir sistemi prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu avtomatik şəkildə qeyri-iradi baş verir. Yəni sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz Ardı »

Valideynə məsləhətÖvladınıza bu 4 cümləni deməyin

Qorxma, deməyin!
Əgər anası uşağına qorxma deyirsə uşaq baxımından baxıldığında qorxulacaq bir şey olduğu mənasını daşımaqdadır. "Qorxma iynə heç ağrıtmayacaq" deyildiyində ağrıdığı kimi.

'Narahat olma mən yan otaqdayam, səni buraxmam' deməyin!
"Narahat olmasın, çünki mən də çox narahat oluram, əgər icazə versə bu qəddar insanlar, yan otaqda səni gözləyirəm amma mən də əmin deyiləm".

'Səni əsla məktəbdə unutmam' deməyin!
"Səni məktəbdə unutma ehtimalım var, olar da o qədər unutqan olsam inşallah səni alan biri çıxar".

'Məktəbə getmək istəyərsənmi?' deməyin!
Məktəbə getməmə və evdə bildiyin şeyləri (TV, oyuncaq, oyun oynama kimi) davam etdirmə haqqın var. Mən sənin yerində olsam bildiyim şeyləri seçərdim. Ardı »

Valideynə məsləhətUşaqları psixoloji terrordan necə qoruyaq?

Bu gün teleekranda yayımlanan multfilmlərin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc - ən yaxşı halda ifadəsiz sifətli naməlum personajların bol olduğu "ujas” filmləridir. Bu multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir.
Nəticələr ağırdır. Bugünkü uşaqların çoxu aqressiv, çətin tərbiyə olunan, psixoloji problemlərlə yüklənmiş uşaqlardır. Sizə çox ağır konkret fakt da deyə bilərəm- bir neçə ay əvvəl həmkarlarımızdan birinin 5 yaşlı qardaşı oğlu qəfildən psixi xəstəliyə düçar olub. Bütün günü qışqırır, qorxur, ağlayır, oranı-buranı dağıdır, başını divara çırpır, yemək yemir, yatmır və s.

Respublikanın görkəmli psixoloq və psixiatrları uşağa birmənalı olaraq eyni rəy verib - "ujas” multfilmləri izləmək Ardı »