beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pozitiv düşüncə toxumları əkmək

Pomidor yetişdirmək istəsəniz gedib kök toxumu əkməzsiniz. Əgər inkişaf etmiş bir özgüvənə sahib olmaq istəyirsinizsə neqativ düşüncə toxumları əkməzsiniz. Başımıza əkdiyimiz toxumlar, sahib olduğumuz düşüncələrdir, pozitiv ya da neqativ "daxili səsimiz”dir. Bizə mənfi yöndə təsir edən, geriyə aparan sözləri hansı aralıqla istifadə edirsiniz? "Riyaziyyatdan çox zəifəm”, "bu adamın məndən zəhləsi gedir”, "Doğru elədiyim heç bir şey yoxdu”. Bütün bu fikirlər, sabah sahibi olacağınız "mən”inizi əmələ gətirən toxumlardır. Uşağınızın daxili səsindən istifadə etməsinə köməklik edin. Balaca kağızlar alın və hər bir kağız parçasına bir pozitiv daxili səs toxumu yazın. Sonra hamı yazdığı kağızı qatlasın və çölə çıxıb torpağa basdırsın. Basdırdığınız kağız parçalarının üzərinə həqiqi toxum və ya gözəl bir bitki fidanı əkin. Bunlar böyüyəcək və sizə gerçəkləşməsini istədiyiniz düşüncələrinizi xatırladacaqlar.


Tarix: 06.01.2015 / 14:43 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Valideynə məsləhət