beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarla bağlı ən çox soruşulan suallar

Birinci sinifə başlama yaşını bilmək üçün test etdirməyə gərək varmı?
Gərək yoxdur. Normalda 72 ayını tamamlayan uşaqlar birinci sinifə başlaya bilər. Hələ öncədən bağçaya və məktəbə hazırlıq məşğələrini keçibsə deməli tam hazırdır. Uşaqla bağlı hansısa şübhəniz, narahatlığınız varsa bir mütəxəssis müayinəsindən keçməkdə fayda var.

Ata anaya qarşı rəftarda kobudluq edirsə və sevgisini göstərmirsə, ana diqqətsiz və sevgisiz qaldığını görürsə uşaqlara qarşı kifayət qədər faydalı ola bilər mi?
Heç vaxt. Ana- ata arasındakı xoşrəftar, qarşılıqlı sevgi və hörmər inanın uşağa çox böyük təsir edir. Bunu etmək məcburiyyətindəsiniz.

Həyat yoldaşımı 1 il öncə itirmişəm. 6 və 10 yaşında iki oğlum var. Yaxşı ana olduğuma inanıram. Atanın yerini necə doldura bilərəm?
Allah sizə səbr və güc versin. Bunun üçün anlayışlı bir bəylə evlənə bilərsiniz. Evlənmədən başqa baba, əmi, dayı kimi ailənin kişilərinə yaxın yerdə yaşamaq, onlarla sıx təmasda olmaq faydalıdır. Beləliklər təqlid edəcəkləri bir kişi modeli görürlər. Bir başqa xüsus da məktəbdə kişi müəllimi ilə münasibətini qursanız bu da "model olma” istiqamətində çox yaxşıdır.

Uşaqların gecə altlarını islatmaları ana- atanın tərbiyəsindən asılıdırmı?
Xeyr! Əsasən organik mənşəlidir. Amma uşaq bir müddət təmiz olub sonra altını islatmaya başladısa burda psixoloji faktorların olmasını göstərir. Ya uşaqda ana- atanı itirmə qorxusu və ya qısqanclıq hissi mövcuddur.

Atanın uşağa davamlı özünü tərifləməsi və misal göstərməsi, "mən sənin yaşındaykən çox çalışqan idim. Mən bu imkanlara sahib deyilkən belə idim elə idim” kimi sözlər spyləməsi və onu təmbəlliklə günahlandırması doğrumudur?
Qətiyyən, doğru deyil. Uşağa fayda yerinə zərər verir.

Hər uşağı olduğu şərait içərisində düşünmək gərəkir. Bu şəkildə özümüzlə müqayisə etmək alçaldarsaq bir müddət sonra onda özünə inamsızlıq formalaşacaq.

6 yaşında qızım, 4 yaşındaykən altını islatmağı kəsmişdir. Son 4 aydır təkrar gecə qalxmaya və altını islatmağa başladı. Nə edə bilərəm? Səbəbi nə ola bilər?
Uşağın daxilində onu narahat edən bir problemi var. Bunu araşdırmaq lazımdır. Bəlkə ailəyə yeni bir körpə gəlib? Bu barədə onu rahatlatsaq problem həll olmağa başlayacaq. əlavə olaraq yatmazdan əvvəl mayə qəbulunu azaltmaq, altına bez və ya salafan sərməmək, idrarını qaçırdığı günləri qeydə almamaq və təmiz olduğu günlər ona məmnuniyyətimizi bildirmək çox faydalıdır.

Uşağımın hər istədiyini və onun üçün hər şeyin ən yaxşısını edirəm. Yenə əsəbi və narahatdır.
Əslində arada onun istəklərinə "xeyr” deməlisiniz. Hər istədiyini etmək doğru deyil. Beləliklə övladınızı doyumsuz və hər şeydən narazı böyüdürsünüz. Uşaq, əlindəki nemətlərin fərqinə varmır. Həyatda da hər istədiyinin onun olacağına zənn edəcəkdir. Elə olmadığını görəndə isə bədbin və uğursuz olacaqdır.

6 yaşındakı uşağım çox tərsdir. "Olmaz” desəm belə sərt reaksiya verərək, istədiyini etmək istəyir.
İsrar etsə belə edilə bilməyəcək bir şey istəyirsə, etməyin! Uşaq bilməlidir ki, israr fayda verməyəcək. Beləliklə zamanla tərsliyindən əl çəkəcəkdir.

5 yaşındakı oğlum marketdə istədiyini almayınca səs- küy salaraq bizi utandırır. Məcbur qalıb istədiyini alırıq....
Uşaq istədiyini utandıraraq əldə etməyə çalışır. Alınmayacaq istək olanda qətiyyətlə imtina edin. Özünü yerə çırpsa da, qışqırıb çığırsa da qəbul etməyin. Bir müddət sonra bu vərdişdən əl çəkəcəkdir.


Tarix: 06.01.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 160 Bölmə: Valideynə məsləhət