beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynlərə həkim məsləhəti

Son vaxtlar qəbuluma uşaq gətirən valideynlərin əksəriyyətinin şikayəti uşağin onlara tabe olmamasıdır.2 yaşlı uşaq valideyni ile mağazaya gedir ve istədiyini ğötürür.Valideyn almaq istəmədikdə ,,al-al,, deyib qışqırır,özünü yerə atır,ayaqlarını yerə çırpır və s.
Yəqin hamımız belə uşaq şıltaqlığının şahidi olmuşuq.Bu yaşda uşaqlar çox şeyi bacarır və çox şey istəyir.İstədiyini almaq üçün emosiyaları ilə bacara bilmədiyindən göz yaşları axıdır.Valideynləri də uşaq aglamasın deyə imkanı daxilində bütün oyuncaqları almaga belə razı olurlar.Bunun qarşısını necə almaq olar
Balacalar hər şeyi indi,bu deqiqe etmək istəyirlər. Onlar,,sonra,sabah,,sözlərini qəbul etmək istəmirlər.Uşaqlar başa düşmək istəmirlər ki,niyə onların istəklərini indi etmək olmaz.Bu zaman onlar məqsədlərinə çatmaq üçün sınanılmış vasitələrdən istifadə edirlər,yəni ,qışqırıb aglayirlar.Axı hələ uşaq körpə ikən aglamaga başlayan kimi tez onu qucaga götürürlər və sakitləşir.Demək,uşağın tərbiyəsile doğulan gündən məşğul olmaq lazımdır deyənlər haqlı imiş.Yenidoğulmuş körpə yuxudan ayılıb yavaş- yavaş aglamaga başlayarkən,onu tez qucağa almaq əvəzinə ,bir qədər gözləmək lazımdır.Ola bilər özü sakitləşər.Əgər sakitləşməsə, yerində,qucaga götürmədən əmziyini vermək,yedizdirmək sonra uşaq sakitləşəndə qucağa götürmək olar.Belə uşaq qucaqda qalmaq üçün ağlamayacaq,ac olduğunda ağlayacaq.1yaşdan böyük uşaqlar da ilk dəfə istədiyini əldə etmək üçün ağlayib,özünü çırpanda əvvəl valideyin onun fikrini başqa istiqamətə yayındırmalı,bu da alınmırsa,onun ağlamağına fikir verməyib öz işlərilə məşgul olmalıdır.Uşaq onun ağlamağının effektsiz oldugunu görüb,isterik hala düşə də bilər.Bu da valideyni qorxutmamalıdır və uşaga ,,qışqırıb-ağlasan istədiyin olmayacaq,sakitləşsən biz bu barədə danışarıq,,deyib,öz işi ilə məşgul olmalıdır.Əmin olun ki,bir neçə dəfə bu hal təkrarlandıqda artıq uşaq bu pis vərdişdən qurtulacaq və sakitcə istədiyini bildirib,cavabını gözləyəcək.
Valideynlər uşagın özünü yaxşı apardığında onu mükafatlandırmağı da unutmamalıdırlar!
Son söz valideynlərin olmalıdır,uşaqların yox!
Belə olarsa, bu sağlam uşaqları əlindən tutub,,uşağım əsəbidir,,deyə nevropatoloqa aparan valideynlərin də sayı azalar,uşaqlar artıq sakitləşdirici dərmanlar içməzlər.


Tarix: 06.01.2015 / 14:16 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Valideynə məsləhət