beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara qidalandırıcı nahar alternativləri

• Məktəbə getdiyi üçün zamanı olmadığından heç yeyə bilmədiyi omlet və növlərini indi onlara edin.

• Dilədiyi və sevdiyi pendir və növlərini süfrənizə qoyun.

• Bəsləyici bir çörək seçin amma əsla kəpəkli olmasın. Tam taxıllı, çovdar və ya kənd çörəyi ola bilər ( Kəpək bağırsaqdan dəmir və kalsium əmilməsinə maneə törətdiyi üçün uşaqlar üçün uyğun bir yemək deyil.)

• Fəslinə uyğun pomidor, xiyar, kahı, qırmızı bibər, cəfərini əskik etməyin.

• Süfrədə bir az da mövsüm meyvəsi olsun.

• Ona süd və ya təzə sıxılmış bir meyvə şirəsi də ikram edin.

• Zeytun sevirsə, yemək üçün tam zamanı.

• Süfrənizə çiy badam, qoz və fındıq da əlavə edin, istədiyini istədiyi qədər yesin.

Naharı bitdikdən sonra onun ev xaricində hərəkət etməsini təmin etməyə çalışın, heç bir şey edə bilmirsinizsə bir alış - veriş mərkəzinə gedin və gəzin. Təbii ki ən gözəli, açıq havada gəzişməkdir. Səhər naharı və günortan yeməyi arasında heç olmasa 5-6 saat vaxt buraxın və uşağınızın həzm sisteminin yediyi bütün qidaları sonuna qədər həzm etməsini təmin edin.

İki yemək arası verəcəyiniz 5-6 saatlıq fasilə həzm sisteminin güclənməsini təmin edər. Həzm sistemi nə qədər güclənsə, yediyiniz qidaları o qədər yaxşı parçalar və ehtiva etdiyi zülal, yağ, vitaminlər və mineralları o qədər yaxşı həzm edər. Beləcə bədəni gücləndirmiş olar, beləcə lazımsız acmalar və ara atıştırmaların qabağına keçmiş olar. Eyni zamanda uşaqlarımızı şirin istəyi və tez - bazar istəyindən də qurtarmış olarıq.

Fastfood seçməyin
Günorta yeməyində şorba seçiləcəksə mütləq yeməyin üstünə, ən son şorba içilməsi beləcə həzm sisteminin daha rahatlayacağını bilin. Hər gün dəyişik yeməklər dadmalarını təmin edin. Mümkün olduğunca yeməklə doymalarını çörək yerinə daha çox yemək yemələrini nəsihət edin.

Axşam yeməyində yaxşıca acmalarını tövsiyə edin, yaxşıca acdıqdan sonra əvvəlcə şorba içərək həddindən artıq aclığı azaltmalı sonrasında hələ də aclıq hiss edilirsə həzmi asan bişmiş tərəvəz yeməklərini seçməlilər. Yatarkən mütləq bir stəkan süd içmələrini tövsiyə edək. Uşaqlarımız, nizamlı və keyfiyyətli qidalanaraq, hərəkətli olaraq bədənlərini gücləndirəcək və daha sağlam bir bədənlə ikinci dövrə başlayacaqlar.


Tarix: 06.01.2015 / 15:11 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Valideynə məsləhət