Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeniyetməlikdə erkən cinsi həyatın təhlükələriYeniyetməlikdə erkən cinsi həyatın təhlükələri

Professor Con Kiper yeniyetməlik dövrünü intimuallığın kəşfi baxımından sağlam keçirmək üçün valideynlər bəzi məsləhətlər verib.

Yeniyetməlik hormonal balansın dəyişikliyi ilə meydana çıxan, uşaqlıq dövrü ilə yetkinlik dövrü arasındakı keçid dövrüdür. Yeniyetməlik çağı genetika, sosial, iqtisadi və mədəni şərtlərə görə dəyişərək, əsasən 12-20 yaş arası qəbul edilir. Ölkəmizdə bu yaş dövrü qızlarda 10-12 yaş, oğlanlarda 12-14 yaş hesab olunur.
Yeniyetməlikdə cinsi hormonlar artır, həm fiziki, həm də sosial şəxsiyyət baxımından dəyişikliklər yaranır, fərd bədənini tanımağa başlayır. Bundan başqa, yeniyetmə uşaqlıq və yetkinliyin fərqinə vararaq bədəninə daha çox vaxt ayırmağa, intimə maraq göstərməyə meyllənir.
Bir çox valideynlər həmin dövrdə yeniyetmə ilə necə davranmaq lazım olduğunu müəyyən edə bilmir. Əksər vaxtlarda onların səhv davranışları uşaqlarda şəxsiyyət formalaşmasına mane ola, psixi problemlər yarada və yeniyetməni cəmiyyətdən uzaq sala bilir.
Yeniyetməlikdə fərd fiziki və ruhi dəyişikliyi başa düşməkdə çətinlik çəkir. Həmin dövrdə müşahidə apararaq bəzi məlumatları öyrənməyə çalışır, intimlə bağlı hər şey onun diqqətini çəkir.
Çox vaxt valideynlər uşaqlarının böyüdüyünü qəbul etmir və mövzunun ciddiyyətinə varmır. Onun sual verməyini, nə iləsə maraqlanmağını gözləyir. Halbuki vəziyyət yeniyetmənin gözündə daha ağırdır və heç cür cəsarət edib sual verə bilmir. Ancaq yeniyetmənin ən vacib ehtiyaclarından biri – düzgün məlumatlandırılma çox mühümdür. Yeniyetmə bu məlumatları valideyndən ala bilmirsə, fərqli mənbələrə baş vurur. Həmin mənbələrdən nə qədər doğru məlumat alması isə sual altındadır.
Cinsi məlumatların verilməsi üçün ən yaxşı yaş 9-10 yaşlardır. Uşaqların kənardan səhv məlumatlar almamağı üçün yeganə yol onlara düzgün, elmi bilgilər verməkdir.
Hazırda texnologiyanın inkişafı ilə yeniyetmələrin cinsi həyatında ciddi bir problem yaşanmaqdadır. Gənclər internetdən intimo saytlara girir və qeyri-sağlam şeylər öyrənirlər. Buna mane olmaq üçün:
• Övladınıza intimin təbii, ancaq yeri və vaxtı gələndə yaşanacağını başa salın.
• Övladınızın bu saytlara girdiyini bildiyinizi onu utandırmadan hiss etdirin. Bunun düzgün olmadığını başa salın.
• Bu cür saytlara girişi qadağan edən proqramlardan yararlanın.
• Əlbəttə, övladınız kənarda da bu saytlara girə bilər. Ona bunu etməyin mənasız olduğunu, hər şeyin öz vaxtında olacağına inandırın.
• Düzgün məlumatlandırsanız, o, daha internetdə intim saytlarına baxmayacaq.

Münasibətlər, qadınlar, kişilər, intimlə bağlı suallarına dolğun cavablar verməyə çalışın. Cavab verəndə övladınız üzünüzdə əminlik və rahatlığı hiss etməlidir. Danışanda özünüzü çox xüsusi bir məsələdən deyil, ən adi və normal bir vəziyyətdən danışırmış kimi göstərin.
Fərdlər filmlərin, saytların, çevrəsinin təsiri ilə erkən yaşda cinsi təcrübə yaşamağa cəhd göstərirlər. Təəssüf ki, bu təcrübələr bir sıra problemlərə yol açır.
Erkən intimual təcrübənin təhlükələri
• Hamiləlik: Məlumatsız cinsi təcrübənin birinci nəticəsi hamiləlikdir. Hamilə qalan, yaxud partnyorunu hamilə qoyan gənc bundan çıxış yolu tapa bilmədikdə depressiyaya düşür, məktəbdən uzaqlaşır, evdən qaçır və bu problemi həll etmək üçün pul tapmağa çalışır. Bu pulu o oğruluqla, narkotik vasitələrin daşınması, yaxud fahişəliklə əldə edərək problemi həll edir. Bəziləri də həll edə bilmir, hamiləliyi gizlətməyə çalışır. Özü uşaq olan fərd birdən-birə valideyn olur və bu yükü daşıya bilmir. Uşaq yaşlarında valideyn olmaq məcburiyyətində qalan yeniyetmələrin uşaqları da özləri kimi problemli olurlar. Oxuduqlarınız sizə dünyanın başqa bir ölkəsində baş verən hadisələr kimi görünə bilər, ancaq çox heyf ki istənilən cəmiyyətdə belə hallara tez-tez rast gəlinir.
• Qorunma vasitələri olmadan yaşanan münasibətlər zamanı cinsi yolla keçən xəstəliklər yayğınlaşır. Hətta GİÇS kimi ölümcül xəstəliklərə yoluxma riski də olur. Ən bəsit cinsi xəstəlik belə müalicə olunmasa cinsi artıma mane olur.
• Məsumanə yaşanan cinsi yaxınlıqlar təhdid və şantajlara səbəb olur, bəzən ailələrin dağılmasına qədər gəlib çıxa bilir.
• Gecə həyatı və onunla birlikdə içki, narkotik vasitələrin istifadəsi faciələrə yol açır.intim təbii ehtiyacdır. Ancaq yemək kimi məcburi ehtiyac deyil, seçimə bağlı ehtiyacdır. Cinsi enerji ancaq intimlə boşalmır. Rəqs edərək, yaxud fərqli fəaliyyətlərlə də bədəndən çıxa bilər. Masturbasiya da boşalmanın bir növüdü
Valideynlərin bu dövrdə edə biləcəkləri ən yaxşı şey – övladları ilə daima ünsiyyət qurmaq, onlara hörmət etmək, idman növlərinə, rəqsə meylləndirmək və masturbasiyanı pis bir şey kimi qələmə verməməkdir.
Yeniyetməlik çağını sağlam keçirmək fərd üçün çox vacibdir. Gəncin özünə inam, uğur və başqa xüsusiyyətlərinin təməli məhz yeniyetməlikdə qoyulur. Övladınızın problemlərini həll etməkdə çətinlik çəkirsinizsə, həkimə, yaxud psixoloqa müraciət etməkdən çəkinməyin.


Tarix: 06.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Valideynə məsləhət
loading...