Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara pulum yoxdur deməyin

Pulu izah etməyə üç-dörd yaşlarında başlayın

Üç-dörd yaşından etibarən uşağa pulun nə olduğu, nə işə yaradığı izah edilməli və sonrakı yaşlarda da pulun miqdarı yavaş - yavaş öyrədilməli. İbtidai məktəb birinci sinifdən etibarən pul alveri sırasındakı əlaqəni yaşaması və öyrənməsi baxımından, əvvəl gündəlik cib xərcliyilərlə başlayıb sonra iki gündəlik, üç gündəlik və həftəlik cibxərcliyi verərək əlindəki pulu zamana yaymağı öyrətmək lazımdır.

Ailəylə birlikdə çıxılan alış verişdə uşağa da məsuliyyət vermək surətiylə əlindəki pulu hesablaması təlim edilə bilər. Ailələrin bu mövzuda öz gözləməsini meydana gətirməsi lazımdır. Uşağın ehtiyacı olduğu miqdarı təyin etməli və bu miqdarın nə çox çoxu nə də azı verilməli. Uşağa ehtiyacından az cib xərcliyi vermək bəzi davranış problemlərinə yol aça biləcəyi kimi çox cib xərcliyi də impulslarını gözlətməyi və təxirə salmağı öyrənə bilməməsinə səbəb olar.

Cib xərcliyi özünə inamı artırar

Verilən cib xərcliyi, uşağın özünə olan etibarını artırar, məsuliyyət almağı öyrənməsinə köməkçi olar, hesab etmə bacarığını inkişaf etdirib əlindəki pulu idarə etmə qabiliyyətini inkişaf etdirər, ehtiyac təyin etməsi və planlama mövzusunda əhəmiyyətlidir. Uşağın başqalarının əməyinə hörmət göstərməyi də öyrənməsini təmin edər. Uşaqlar pul yığmağa dəvət edilməlidir. Qumbara almaq, pul yığıb hədəf təyin etmə mövzusunda uşağa yol göstərər.

Davamlı "pulum yox" deməyin

Ana və atanın pulla əlaqədar tutumları və yanaşmaları, uşağa model olar. Uşağın bir şey istəməsi vəziyyətində "Pulum yox" şəklindəki ifadələr yerinə "Bu an uyğun deyil. Pulumuzu digər ehtiyaclarımız üçün istifadə edəcəyik" kimi cavablar vermək lazımdır. Davamlı "Pulum yox" deyən ailələrinin uşaqları həm pulu doğru istifadə etməni öyrənə bilməz həm də maddi vəziyyətləriylə əlaqədar narahatlıq yaşamağa başlar.

Uşağı mükafatlandırmaq ya da cəzalandırmaq üçün pul istifadə edilməməlidir. Mükafatlar tərif, hədiyyə ya da zaman paylaşması kimi, cəzalar da məhrum etmə şəklində təşkil edilməlidir.


Tarix: 06.01.2015 / 15:26 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Valideynə məsləhət
loading...