beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınızın yük norması

Mütəxəssislərin fikrincə, 12 yaşına qədər olan uşaqlar 3 kiloqramdan artıq yük götürməməlidirlər. Amma hazırda dərs yükü çox olduğundan ibtiadi siniflərdə oxuyan 6 — 10 yaşlı uşaqların daşıdığı məktəbli çantasının çəkisi bu normalara qətiyyən uyğun gəlmir. Məsələn, 3-cü sinifə gedən 8 yaşlı məktəbli dərs qrafikinə uyğun olaraq çantasına hər gün 4 kitab, 4 iş dəftəri, 4 test kitabı, 4 qiymətləndirmə kitabı, yazı dəftəri, karandaşlar, rəsm albomu və digər əlavə dərs vəsaitləri qoymalıdır. Nəzərə alsaq ki, valideynlər çantaya yemək və su da əlavə edirlər, onda çantanın ağrlığı 7 kiloqrama çatır və 8-9 yaşlı uşaq hər gün bu yükü çiyinlərində daşmağa məcburdur.

Təbii ki, çəkisi çiynindəki çantadan bir qədər artıq olan ibtidai sinif şagirdi üçün bu qədər yükü daşımaq heç də asan deyil. Bu səbədən də onların ağır çantanı daşmaq cəhdləri çox da uğurlu alınmır.
Bu yükü öz çiyinlərinə götürmək məcburiyyətində qalan valideynlər isə uşaqların həm fiziki, həm də zehni yüklənməsindən narahtdırlar.

Pedaqoqların fikrincə, hazırda ibtidai siniflərdə tədris olunan dərs vəsaitlərinin sayı ehtiyac olduğundan çoxdur. Yəni dərs kitablarından əlavə şagirdlərdən bir fənn üzrə təxminən 2-3 bəzən isə 4 müxtəlif tədris vəsaiti tələb olunur.

Qeyd edək ki, ağır məktəbli çantasını gündəlik daşımaq hələ skeleti formalaşmayan azyaşlı uşaqlarda şiddətli bel ağrılarına, onurğa sütünün əyilməsinə səbəb olur. Amma fiziki qüsurlar özünü bir-ikinci siniflər arasında çox da büruzə vermir. Ağır çantanın fəsadları uşaqlarda bir qədər gec təxminən 12 -13 yaşından sonra meydana çıxır. 5 saylı Uşaq Poliklinasının ümumi cərrahı Sevil Ələkbərova deyib ki, hazırda onların məktəbələrdə apardığı araşdırmalara görə, yuxarı sinif şagirdlərinin 30-40 faizində onurğa sütunun müxtəlif xəstəlikləri müşahidə olunur: "Əvvəlcə funksional pozğunluqlar yaranır. Yəni uşağa deyəndə qamətini düzəlt o düzəldir. Bir qədər sonra isə artıq o destruktiv forma alır. Yəni skalioz, lados bu kimi xəstəliklər yaranır. O da ürək və ağciyərlərin fəaliyyətinə öz təsirini göstəir. Mən onu deyə bilərəm ki, hazırda 500 uşaqdan ən azı 150- 200 -ü bu xəstəliklərdən əziyyət çəkir”.

Hazırda ibtidai siniflər üçün nəzərdə tutulan dərsliklərin çoxluğu və dərs proqramının ağırlığı ilə bağlı Təhsil Nazirliyi mövqe bildirməkdə maraq göstərmədi.


Tarix: 06.01.2015 / 15:45 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Valideynə məsləhət