beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni il hədiyyəsi

Adam 3 yaşındakı qızını,çox bahalı bir hədiyyəlik rəngli kağızı ziyan etdiyi üçün azarlamışdı.
Kiçik qız, böyük bir qutunun qızıl ulduzlu kağızını bir qutunu əyri-üyrü sarmaq üçün işlətmişdi.
Yeni il gecəsi səhəri kiçik qızı, qutunu gətirib:
- " Bu sənin üçündür atacan" dediyində çox pis oldu.
Deyəsən olduğundan çox hirslənmişdi qızına? Həmin gecə etdiyindən utanaraq qutunu açdı.Ancaq qutunun içi boş idi.
Yenə qızının üstünə qışqırdı:
- "Birinə bir hədiyyə verərkən, qutunun içində bir şey olmalıdıdır. Bunu da bilmirsən kiçik xanım?"
Kiçik qız gözlərində yaşlarla atasına baxdı.
- " O qutu boş deyil ki ata! İçini öpüşlərlə doldurmuşdum!"
Atası o qədər çox pis oldu ki, qaçıb qızını qucaqladı.Birlikdə ağladılar.
Adam o qutunu ömrünün sonuna qədər saxladı.
Nə zaman kefi olmasa, nə zaman əsəbi pozulsa, nə zaman özünü pis hiss etsə, qutunu açar, içindən balaca qızının sevgi ilə doldurduğu xəyali öpüşlərdən birini çıxarardı.
"Əslində bütün insanlara belə bir qutu mütləq verilmişdir. Çətin zamanlarda bu qutunu çıxarıb içinə baxa bilməyi bacarmaq, xoşbəxtliyin açararlarından biridir."
P.S. Dahi Fyodor Dostoyevski bu cür demişdir:
"Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir."
Allah hər birimizə bir həyat vermişdir,bizə verilən həyatı etdiyimiz yaxşılıqlar və xoş əməllərlə dəyərləndirsək nə gözəl olardı.O zaman həm öz həyatımıza,həm də başqalarının həyatına xoş təsir göstərərdik. Allah qəlbimizi imanlı etsin,imanımızı tam etsin bacılarım,amin!


Tarix: 06.01.2015 / 14:15 Müəllif: Aziza Baxılıb: 160 Bölmə: Valideynə məsləhət