beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağım niyə danışmır?

Bəzi uşaqlar yaşıdlarına nisbətən gec danışmağa başlayırlar. Bəzən uşaqların hansı yaşlarda necə danışdığını bilməyimiz onlarda nitqindəki geriliyişləri aşkar etməyə imkan verir. Uşaqlar əsasən 6-cı aydən etibarən səslər çıxarmağa (ma-ma,ba-ba-ba və s.), 1 yaşdan müəyyən sözləri söyləməyə, 1 yas 6 ayından sadə cümlələr qurmağa başlayırlar. Əgər övladınızda bu dövrlərdə geriləmə hiss edirsinizsə demək ciddi narahatcılıqlar var deməkdir, bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks təqdirdə uşağın zehni və psixi inkişafında ciddi geriləmələr peyda olacaqdır. Uşağın gec danışmasına və ya heç nə danışmamasına bir neçə amil təsir göstərir. Bunlar:
1. Zəka geriliyi
2. Eşitmə problemi
3. Görmə problemi
4. Epilepsiya
5. Xroniki depressiya
6. Psixoloji səbəblər

Bu dəfə biz psixoloji səbəbləri araşdıracağıq. Uşağımızın gec danışmasına səbəb olan psixoloji səbəblərə diqqət edək:
1. Tək qalmaq: çevrəsi məhdud olan yerdə olan, diqqətdən kənar qalan, onunla çox danışılmayan uşaqlar gec danışır.
2. Televiziya hədsiz izləmək: Xüsusən 0-3 yas arasi dovrde televiziya izleyen usaqlarda xarici alemden tecrid olunma,oz- ozu ile tek qalma,insanlardan ve insanlarla sohbetden uzaqlasma,cagiranda baxmamaq kimi hallar gec danismaya sebeb olur
3. Uşağın özünə qapalı olması: xaraktercə özünə qapalı olması və ya hər hansı yaşadığı stresslər nəticəsində yarana bilər.
4. Bacı-qardaş qısqanclığı: ona diqqət, qayğı göstərilmədiyini düşnən zaman ortaya çıxır.
5. Cinsiyyət fərqi: oğlanlar qızlara nisbətən daha gec danışmağa başlayırlar.
6. Ailə faktoru: ailədə iki və daha çox dildə danışma zamanı ortaya çıxır.

Əgər bu halları müşahidə edirsinizsə deməli uşağınızda ünsiyyət problem var. Bu problem olan uşaqlar cəmiyyətə adaptasiya zamanı çətinlik çəkir, bağçada, məktəbdə ciddi problemlər yaşayırlar. Daim özlərinə güvənləri aşağı olur, özlərini ifadə edə bilmir, valideynlərini itirmə qorxusu ilə qarşılaşırlar. Üzərinə düşülmədiyi təqdirdə isə gələcək həyatlarında özlərini tapa bilməyən məqsədsiz bir şəxsiyyət kimi formalaşırlar. Əziz valideynlər, övladlarınızın gələcəyinə laqeyd yanaşmayın!


Tarix: 06.01.2015 / 15:42 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Valideynə məsləhət