beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piritramid

Piritramid (1-(3-tsiano-3,3-difenilpropil)-[1,4 -bipiperidin]-4-karboksamid; sinonimi: Dipidolor, Piridolan, Pirium) μ-reseptor aqonist sintetik opioid, cərrahi əməliyyatlar zamanı və xüsusən əməliyyat sonrakı ağrılara qarşı istifadə olunan güclü və sürətli təsirə malik narkotik ağrıkəsici.

Piritramid 1960-cı ildə Paul Yanssen tərəfindən sintez olunaraq, 4- aminopiperidin törəməsi patenti altında klinikada tətbiq olunmağa başlanılmışdır. Preparat Avropa qitəsində xüsusilə Almaniyada geniş tətbiqini tapmış olsa da İngiltərə-Amerika dil arealında az tanınır.

Analgetik qüvvəsi 0,7 olub, 15-20 mq pritramid təxminən 10-15 mq morfin ekvivalentindədir. Ürəkbulanma, qusma və tənəffüsün depressiyası kimi əlavə təsirləri morfinlə müqayisədə çox aşağıdır.

Piritramid Almaniya və Avstriyada Dipidolor adı altında istehsal və istehlak olunur.

Piritramid vena daxilinə, dəri altına və əzələ daxilinə inyeksiya olunur. dəri altına inyeksiya üçün birdəfəlik terapevtik dozası böyüklərdə 15-30 mq, vena daxilinə isə 7,5-15 mq olmaqla təsir müddəti 5-8 saatdır. Zərdabda yarım parçalanma müddəti 4-10 saatdır. Preparat tamamilə qaraciyərdə metobolizmə uğrayır, cüzvi bir hissəsi isə böyrəklərlə xaric olunur. Nalokson vasitəsi ilə tam antaqonizə olunur.

Hamiləlik zamanı dölə təsiri tam tədqiq olunmadığı üçün naməlumdır. Ana südündə aşkarlanması tam öyrənilmədiyindən əmizdirmə müddətində istifadəsi məsləhət görülmür. Əks təqdirdə birdəfəlik dozadan sonra 24 saatlıq gözləmə vaxtı bitdikdən sonra əmizdirmə davam etdirilməlidir. Digər opioidlər kimi Piritramid preparatı da uzun müddət istifadə olunduqda ondan asılılıq yaradır. Bu zaman adekvat ağrıkəsici effekt əldə etmək üçün dozanın artırılmasına ehtiyac duyula bilər.
Qablaşdırılması

Preparat əsasən 0,75%-li 2 ml-lik ampulada (hər ampulada 15 mq olmaqla), hər qutuda 5 ampula olmaqla buraxılır.


Tarix: 10.07.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 136 Bölmə: Tibb