beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almalı Kərəviz Salatı

MATERİAL SİYAHISI:

3 kərəviz
2 sarı alma
1 çay stəkanı qoz
4 portağal
2 xörək qaşığı mayonez
2 xörək qaşığı zeytun yağı
1 kasa süzmə qatıq

İÇİ:

Qozun üzərinə soyuq su töküb 1 saat saxlayırıq. Qara suyu çıxanda yuyuruq.

Geniş bir qarışdırma qabına mayonezi, qatığı və zeytun yağını götürüb çırpma teliylə qarışdırırıq. Kərəviz soyuruq və sousun üzərinə rəndələyirik. Almaları da soyuruq və yenə qarışdırma qabına rəndələyirik. Hamısını qarışdırırıq. Portağalları dilimləyirik və boşqaba düzürük. Dondurma qaşığı ilə bir dolu qaşıq salatdan götürürük və portağal diliminin üzərinə qoyuruq. Bütün portağal kəsiklərinə bir top salat qoyuruq. Üzərinə yarım qoz qoyaraq xidmət edirik.


Tarix: 03.02.2015 / 15:36 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Salat tarifleri