Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Yasəmən talası" salatı

Yasəməm talası" salatı

İstifadə olunan məmulatlar:

1 babka qizilbaliq konservi (və ya zövqə görə hər hansı başqa balıq konservi, qaynadılmış toyuq əti ,mal əti),

300 qr qaynadılmış düyü,

3 ədəd soğan,

1 ədəd böyük kök,

1 ədəd böyük xiyar,

mayonez,

salatlıq yarpaqlar,

duz.

Bəzək üçün:

şüyüd,

4 ədəd qaynadılmış yumurta.

Hazırlanması:

Kökü sürtgəcdən keşirib qizardın.Soğanı və xiyarı xırda – xırda doğrayın.koservləşdirilmiş baliğı əzin.(Əgər toyuq və ya mal ətindən istifadə edəcəksinizsə onda əti həll bişirib çox xirda olmaqla doğrayın).
Salatı düzmək üçün dərin olmayan enli boşqab götürün və hər qatın arasına mayonez sürtməklə aşağıdakı ardıcıllıqla yığın:
-salatliq yarpaq,
-düyü,
-balıq ( və ya ət),
-soğan,
-kök,
-xiyar.

Salatın bəzədilməsi:

Yasəmən gülünü hazırlayın – Gülün yarpaqlarını yumurta ağından (uzununa kəsməklə) ,gülün mərkəzini yumurtanın sarısını cürtgəcdən keçirməklə , gülün gövdəsini isə süyüdün budaqlarından istifadə etməklə hazırlayıb salata səkildəki formanı verin.


Tarix: 29.11.2014 / 13:21 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Salat tarifleri
loading...