beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İspanaqlı Avakado Salatı

MATERİAL SİYAHISI:

1 dəstə ispanaq yarpağı
2 avakado
1 qırmızı köz istiot
1 kasa kəsmik
3 təzə soğan
1 turp
5 kokteyl pomidor
1 limon
Zeytun yağı

İÇİ:

Yetkin avakadoları soyuruq və ikiyə kəsərək tumlarını çıxarırıq. Küp küp doğrayırıq. Təzə soğanı incə nazik doğrayırıq. Servis qabına ispanaq yarpaqlarını əlimizlə qıraraq qoyuruq. Üzərinə kəsmik pendirini səpirik. Yaşıl soğanı əlavə edirik. Üzərinə avakadoları qoyuruq. Turpu və köz istiotu doğrayıb üstünə səpirik. Son olaraq kokteyl pomidorları boydan 4e kəsirik və salatını bəzəyirik. Üstünə limon suyunu sıxırıq, zeytun yağını tökərək servis edirik.


Tarix: 03.02.2015 / 15:25 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Salat tarifleri