beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Monamax papağı salatı"

"Monamax papağı salatı"

İstifadə olunan məmulatlar:
Çuğundur – 1 ədəd.
Kartof – 3 ədəd.
Bərk pendir – 100 – 150 qr.
Yumurta - 3 – 4 ədəd.
Kok( böyuk) – 1 - ədəd.
Mal əti -300 qr.
Yaşıl noxud.
Nar – 1 ədəd.
Qoz ləpəsi - 100 гр.
Mayonez.
Sarımsaq – 1 diş.
Duz.

Hazırlanması:
Kartofu və çuğunduru qaynadıb soyudun və iri ğözlü sürtgəcdən keçirib ayri ayrıliqda boşqablara yığın.
Çiy kökü yuyub təmizləyin və xırda gözlü sürtgəcdən keçirin.
Yumurtanı bişirin qabığını tımizləyib aöını iri sarısını isə xırda gözlü sürtgəcdən keçirin.Sonra hər birini ayri boşbaqa boşaldın.
Əti qaynadıb xirda – xırda hissələrə doğrayın.
Pendiri iri gözlü sürtgəcdən keçirin.
Qaz ləpəsini xirdalayın sarımsağı əzib mayonezlə birlikdə qarışdırın.
İndi isə salatı lay – lay yiğib hər layın arasına mayonez sürtün:

1-ci qat: kartof(yarısı)
2-ci qat: çuğundur
3-cü qat: kök (yarısı)
4-cü qat: qoz ləpəsi (yarısı)
5-ci qat: ət (yarısı)
6-cı qat: kartof (qalan hissə)
7-ci qat: yumurta sarısı
8-ci qat: pendir (yarısı)
9-cu qat: ət (qalan hissə)
10-cu qat:kök ( qalan hissə)

Ənyuxarı qatda salatı yaxşıca mayonezləyib papaq şəklində bəzəyin.

Nuş olsun


Tarix: 29.11.2014 / 13:17 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Salat tarifleri