beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Tbilisi" salatı

Tərkibi:

1 banka qırmızı lobya konservi
300 q bişmiş mal əti
1 orta boy qırmızı soğan
1 qırmızı bolqar bibəri
0,5 acı istiot
3 diş sarımsaq
50 q qoz
1 dəstə keşniş
qara istiot
zeytun yağı
üzüm sirkəsi

Soğanı nazik yarımhalqa doğrayın. 2 dəqiqə qaynar suda saxlayıb suyu süzün.

Bolqar bibərini təmizləyib saman kimi doğrayın.

Bişmiş əti kubik doğrayın.

Acı istiotun toxumunu təmizləyib çox xırda doğrayın.

Sarımsağı xırda doğrayın, yaxud əzin.

Lobyanın suyunu süzüb yuyun. Soğan, ət, bibər, acı istiot, sarımsaq, doğranmış keşniş, qovrulub xırdalanmış qoz, duz, qara istiot əlavə edib qarışdırın.

4-5 qaşıq zeytun yağı ilə 1 x.q. üzüm sirkəsini qarışdırıb salatın üzərinə gəzdirin, qarışdırın.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Salat tarifleri