beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badımcan salatı.

Vəsaitlər:

4-5ədəd badımcan
2-3 ədəd qırmızı bibər
3-4 diş döyülmüş sarmısaq
1 ədəd böyük boy doğranmış quru soğan
2-3 ədəd doğranmış pomidor
1 dəstə incə doğranmış cəfəri
1 dəstə incə doğranmış nanə
Pul bibər
Zeytunyağı
Duz
1 çay qaşığı bibər sousu

Hazırlanması:

Bibər və badımcanları közleyin. Közlenen badımcan və bibərlərin qabıqlarını soyun və əzin. Zeytunyağını geniş bir tavaya alın və isidin, içinə soğan sarımsaq və duz əlavə edərək qovurun. Pomidorları əlavə edin, badımcan və bibəri əlavə edin. İstədiyiniz ədviyyatları əlavə edib, göy və bibər sousu ilə blendırdan keçirin. Dilimlənmiş tikə çörək ilə xidmət edin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:50 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Salat tarifleri