beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlcuq bəy

Həyatı
Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq bəy peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini - Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar.

XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri[hansı?] Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər[kimlər?] göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı. Əsrlərdir bir ümid və səbrlə gözlənən təmiz, saf Allah ordusu, İslamın qurtarıcıları olan Türklər gəlmişdi..


Tarix: 09.02.2015 / 18:01 Müəllif: Feriska Baxılıb: 197 Bölmə: Səlcuqlular