beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Əlaəddin Keyqubad

I Əlaəddin Keyqubad (Ərəb əlifbası ilə: 1192 - [[علا الدين كيقباد بن كيكاوس) 1237), Anadolu Səlcuqlu dövlətinin sultanı (1221-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə Türkiyə və dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önməli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır.
Həyatı
I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəbc dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi.

1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir. Bunu qəbul etməyən və taxta çıxmaq istəyen Keyqubad Ərzurum məliki Toğrul şah ilə ittifaqa girib Kayseriyə, böyük qardaşının üzərinə hücum etmişdir. Amma tərəfdarları onu tərk edib qardaşının tərəfinə keçəndən sonra Ankara qalasına sığınmaq məcburiyyətində qalmışdır. Keykavus Ankara qalasına hücum edib onu almış, qardaşı Keyqubadı Malatyadakı Minşar qalasına sürgün etmişdir.


Tarix: 09.02.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Səlcuqlular