beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim Yınalİbrahim Yınal

Həyatı
Atası Yusif Yınal, Səlcuq bəyin dörd oğlundan biriydi. Səlcuq bəyin böyük oğlu Mikayıl bəy ölüncə, Orta Asiyada yaygın olan levirat adəti uyarınca dul arvadı, qardaşı Yusif bəylə evləndirildi və bu evlilikdən İbrahim Yınal dünyaya gəldi. Dolayısıyla İbrahim Yınal, Toğrul bəy və Çağrı bəyin anabir qardaşı, ata tərəfdən əmisioğludur.

Dandanakan savaşından sonra İbrahim Yınal ölkənin qərb ucuna göndərildi. Əmisi oğlu Həsən bəyin gürcülər tərəfindən pusquya düşürülüb öldürülməsi görə, diğər əmisi oğlu Qutalmış bəylə bərabər Bizans torpaqlarına girdi. Gürcü tavadı (knyazı) Liparitin başçılıq etdiyi Bizans-Gürcü ordusunu Pasinlərdə məğlubiyyətə uğratdı (1048). Çox sayda əsir və qənimət ələ keçirdi. (Ərəb tarixçi İbn əl-Əsir, əsir sayını artıraraq 100.000 olaraq göstərir.)

Qərb sınırındaki axınları idarə edən İbrahim Yınal, atəş xəttində olub əsgəri yükü daşıdığını düşünərək iqtidar mərkəzini dinləməməyə başladı. 1058-ci ildə yönünü qərbə çevirib Toğrul bəyin üzərine yürüdü. Diğər Səlcuqlu bəylərindən gözlədiyi dəstəyi görməyən İbrahim bəy məğlubiyyətə uğradı. Qardaşi/əmisi oğlu Toğrul bəy tərəfindən yay kirişiylə boğularaq öldürüldü.


Tarix: 09.02.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Səlcuqlular