beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artuk bəy

Artuk bəy Ekseb oğlu, Artuklu bəyliyinin qurucusu olan Türk sərkərdəsidır.

Səlcuqlular dövlətinin Bizans imperiyasına qalib gəldiyi Malazgird döyüşündən (1071) sonra Artuk bəy Süleyman Şahın məiyətində Yeşilırmak hövzəsini fəth etdiysə də, bu torpaqlar Süleyman şah tərəfindən dayısı Danişmənd qaziyə verilincə xidmətdən ayrıldı və Böyük Səlcuqluların xidmətinə daxil oldu.

Qardaşı Məlikşah bəy tərəfindən 1079-cu ildə Şam şəhərinə Səlcuqlu bəyi olaraq hakim təyin edilən Tutuş bəyə qarşı, 1085-ci ildə Süleyman şah Antakiyanı ələ keçirdikdən sonra bütün Suriyaya sahib olmaq üçün Hələbi mühasirə etdi. Tutuş bəy də buna görə yanına Artuk bəyi alaraq 4 iyul 1086-cı ildə Hələb yaxınlarında Süleyman şah ilə qarşılaşdı. Ayn Seylem döyüşü olaraq bilinən çarpışmada Süleyman şah yaşamını itirincə Artuk bəy də intiqamını almış oldu.

Bu uğurları üzərinə Artuk bəy 1086-cı ildən 1091-ci ildə ölümünədek Səlcuqlular dövlətininnin Qüds valisi oldu.

Ölüncə Qüds valiliyi oğlu Sökmən bəyə verildi.


Tarix: 09.02.2015 / 17:52 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Səlcuqlular