beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bolybotum Müharibəsi

Bolybotum Müharibəsi, Polybotum Müharibəsi, Bolvadin Müharibəsi - Anadolu Səlcuqlu dövləti ilə Bizans İmperiyası arasında 1116-cı ildə keçirilən Səlcuqilərin qalibiyyəti ilə sona çatan müharibə.

Səlcuqlular, İran yoluyla Anadoluya gəlməyə başlayırlar. Toğrul Bəy və Alparslan dövründə daha da geniş miqyaslı olmağa başlayan hərəkətlər, xüsusilə Əmir Afşin, 1068-ci ildə Toros dağlarını keçərək orta Anadoluya girmişdir.

Bizansla Anadolu Səlcuqluları arasında başlayan mübarizə Anadolunun əhəmiyyətli yolları üzərində yerləşən Bolvadin münaqişələrə səbəb olur. Müizzəddin Məlikşahın sərkərdəsi olan Əmir Mengücək ilə Bizans İmperatoru I Aleksios Komnenos arasında Bolvadin düzündə Bolvadin müharibəsi başladı və Əmr Mengücək Konstantinopolis yolunu Bizanslılara bağlayır. Bizans isə ordusunu qərbə çəkməyə məcbur olur.

Aparılan Bolvadin sazişlə Bizansların bu ərazilərə qayıtması mümkün olmadığı üçün Anadolunun müsəlmanlaşması və Türkləşməsində bu sazişin əhəmiyyəti böyükdür.


Tarix: 09.02.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Səlcuqlular