beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar və Ramazan

Uşaqlara Ramazanın fərqini hiss etdirin.

İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın fərqini hiss etsin!

Təravihə uşağınızla gedin -
Əlindən tutub övladınızla birlikdə təravihə gedin. Namazdan sonra, öncə uşağınıza kiçik, amma onun xoşuna gələn hədiyyə verin.
Uşaqları məsciddən qovmayın. Namazdan sonra da qarşılaşdığınız uşaqların başını oxşayıb onu təbrik edərək. “Allah ibadətinizi qəbul etsin” deyin.Namazdan sonra da karşılaştığınız çocuğun başını oxşayın

Uşaqların dini biliyi üçün bu ay bir fürsətdir
Bilik, böyüklərin onları izləyən nəsli hər yöndən savadlandırmaq, cahiliikdən qurtarmaq, ahəngli davranış və yetkinləşmiş şəxsiyyət kimi yetişdirmək üçün çalışan bir ünsürdür.Bilik üçün uyğun şəraitin, həyəcanın, qazanmaq şəraitinin olmağı şərtdir. Uşaqlara İslami biliyin qazandırılmasının ən münasib vaxtların biri də Ramazan ayıdır. Bir şeyin öyrənildiyi zaman ortaya çıxan həyəcan, biliyi həm asanlaşdıran həm də çətinləşdirən bir xüsusiyyətdir. Bununla əlaqədar olaraq həyəcanın biliyə verdiyi müsbət və mənfi iki təsiri vardır. Öyrənilən şeylə eyni yönlü olan həyəcanlar biliyi asanlaşdırır. Fəqət öyrənilən şeylə zidd yönlü həyəcan biliyi çətinləşdirir. Məsələn, Ramazan ayının həyəcanı İslami tərbiyəni asanlaşdıraraq İslam biliyinə müsbət təsir edir. Bununla yanaşı İslam adət və əxlaqı ilə heç bir əlaqəsi olmayan bəzi bayramların həyəcanı isə uşaqların İslami tərbiyəni qazanmasına mane olur. Həyəcanın ən böyük nəticəsi məqsədin, əsasın ortaya çıxmasıdır.Qısaca əsas öyrənilən şeyə qarşı iradəli olaraq maraq göstərməkdir. Hər hansı bir şeyə maraq və əvəs olmadan onu öyrənmək mümkün deyildir. Buna görə həvəssizlik və diqqətsizlik, öyrənməyə və anlamağa əngəl olan qəlbə çəkilmiş bir pərdədir. Artıq bu gün uşağa əsas, məqsədin nə olduğu öyrətmədən biliyin əldə edilməsinin mümkün olmadığı bütün dünya pedaqoqları tərəfindən qəbul edilmişdir. Buna görə əbəs yerə “Maraq elmin müəllimidir” deyilməmişdir. Ən böyük müəllim Kainatın İftixarı Peyğəmbərimiz (s.a.v.), bir şeyi öyrətmək istərkən xalqda öncə buna qarşı maraq oyadardı. Bütün bunlardan da məlum olur ki, Müsəlman ata-ananın ilk görəcəyi iş, uşaqda hərəkətə gətirən maraq və həvəsi təmin etməkdir. Bu səbəblə maraq və həvəsi oyatmaq üçün mübarək Ramazan ayı, oruc, təravih namazı, imsak və səhur kimi müxtəlif motivlərdən faydalanmaq lazımdır.

Uşaqlar sizi namaz qılarkən görsün
Bu gün bir başlanğıc edin. 1,5-2 yaşında böyük uşağınız varsa onların yanında namaz qılın. Onlar mane olsalar belə müdaxilə etməyin. Peyğəmbərimiz də belə davranardı. Uşaqlarınız sizi namaz qılarkən görsün. Bu onun zehninə yerləşəcək və gələcəkdə çox köməyi olacaqdır. Mümkündürsə namazlarınızı həyat yoldaşınzıla bilrikdə qılarkən görsün. Bu gün övladlarımızın islami tərbiyə almasının məsuliyyəti bizim üzərimizdədir.Uca Rəbbimizə dua edərək deyirik, Allahu Təala gələn övladlarımızı, bizdən sonrakı nəsillərimizi, bizdən törənənləri Möminlərdən qılsın. Amin.


Tarix: 05.05.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Ramazan